Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müsahibimiz "El Stil" ləqəbi ilə məşhurlaşan stilist Elnur Həsənovdur
Tarix: 23-07-2019 | Saat: 16:09
Bölmə:Karusel / Gündəm / Şou-Biznes / Foto-fakt / Müsahibə | çapa göndər




Xoş gördük, Elnur bəy! Niyə məhz "El Stil"? @el_stil_


-Mən də sizi və oxucularımızı salamlayıram. Çalışdığım sahədə məndən öncə məşhurlaşan Elnur Həsənov olduğu üçün mən özümə "El Stil" ləqəbini götürdüm. Bu ad mənə geniş auditoriya toplamaqda böyük yardımçı oldu.


Elnur bəy, bu peşəyə necə oldu yiyələndiniz?


- Mən artıq 10 ildən çoxdur ki, bu sahədəyəm. Öz sözünü demiş stilistlərdənəm. Mən bir gün belə olsun özümə zaman ayıra bilmirəm. Hər gün müstərilərimi razı salmaq üçün necə deyərlər dəridən -qabıqdan çıxıram. 


Bundan öncə hansısa sənətin sahibi idinizmi?


- Mənim ali təhsilim var. Öncə ailəm əsasəndə anam razılaşmaq istəmirdi mən stilist olum. Sonra artıq qəbul etdi. Çünki mən özümü bu sahədə tapmışdım. 


Qəbul edərsiniz ki, ölkəmizdə kişilərin stilist və ya make-up ustası kimi çalışması birmənalı qarşılanmır. Sizə hansısa çətinliklər yaradırmı?


- Bəli, doğru deyirsiniz. Sizə bir söz deyim, amma mənim haqqımda kimsə işimdən başqa heç nə danışa bilməz. Mən bəziləri kimi "Poddelka" markalardan geyimlər geyinib, "Rent e car" maşınların qarşısında şəkil çəkdirmirəm. O maşından mən niyə ala bilmirəm? Mən niyə bahalı markalı brend geyimlər geyinə bilmirəm? Hər gün şəhərin ən bahalı restoranlarında otururlar. Mən nə elə yerlərdə otura bilmirəm, nə də bahalı maşın sürə bilmirəm. Bu günki gündə mənim evim kreditdədir. Halbuki durmadan üzərimdə işləyirəm. Elə biabırçılıqlarla gündəmdə olmaq fikrim də yoxdur. Stilist adına ləkə gətirənlər elələridir. Məni işimə görə tanıyıb, işimə görə qiymət versinlər. Kim necədir, necə həyat sürür məni maraqlandırmır.


Elnur bəy, bilirəm ki, xanım saç ustası olmaq məsulliyyətli peşədir. Yəqin ki, kaprizli müstəriləriniz az olmur?


-Əlbəttə, xanımların nazını çəkirik. Xanım salona daxil olanda baxıb görür ki, bu usta ümumiyyətlə özü necədir? Təmizlik mütləq şərtdir, özümə baxmağa məcburam. Müştərilərimin istədiklərini daima nəzərə almışam. Bundan sonra da alacam.


İstəyirəm bir az ilin dəbindən danışaq.


- Mənə görə dəb sizə yaraşandır. Bir şey dəbdədirsə, o mənə yaraşmırsa o dəbin arxasınca getməyə dəyməz. Mən çox istərdim ölkəyə yeniliklər gətirim. Amma baxıram ki, bizim xanımlar hələ də hazır deyil. Yəqin ki, bir müddət gözləmək lazımdır.


Bilirəm ki, xanımları hazırda ən çox maraqlandıran sual qiymətlərdir. Bu barədə məlumat verə bilərsinizmi?
- Mənə elə gəlir ki, çalışdığım işə görə qiymətlər olduqca normaldır. Digər stilistlərdə olan 1000-2000 manatlıq qaynaqlar mən də 700-800 manat olur. Həmin o 1000-2000 manata qoyulan qaynaqlar tökülür. Dəfələrlə olub ki, müştərilər narazılıq edib gəliblər mənə müraciət ediblər. Qaynaqlarda qiymətlər təbii ki, fərqli olur. Bu saçın uzunluğundan, qramından və rəngindən asılıdır.


Eşitdiyimə görə, bir neçə dəfə Şəhid ailələri üçün pulsuz aksiya etmisiniz. Yenidən təkrarlamaq fikriniz varmı?




- Doğrudur, amma mən etdiyim yaxşılıqları dilə gətirən insan deyiləm. Bu barədə danışmaq istəmirəm. Amma təbii ki, zaman-zaman bacardığımız qədər onların yanında olacağıq. Ümumiyyətlə, mən sevirəm ki, qazandığımı paylaşım. Kiminsə əlindən tutum, mənə çox rahatlıq verir. @el_stil_


Vizaj etmək, bu sahəni də öyrənmək fikriniz varmı?




- Vizaj xeyr, neçə ilərdir yanımda olan yaxın dostum Günel Axundova edir. Düşünürəm ki, o ailə qurduqdan sonra da, həyat yoldaşından onu bu işdən ayırmamağı xahiş edim. Çünki biz-birmizi yaxşı başa düşürük. birlikdə yaxşı iş də ortaya qoyuruq. 


Sonda, dəyişiklik etmək istəyən xanımlarımıza nə məsləhət edirsiniz?




- Ən əsas məsləhətim kimə gəldi saçlarınızı verməyin. Bir dəqiqəqin içərisində saçlarınızı bərbad günə qoya bilərlər. Usta seçimində çox fikirləşin ki, sonda peşimanlıq yaşamayasınız. Hər kəsə gözəl görünmək və gözəl olmaq arzu edirəm. @el_stil_



1998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___