Hansı gün eynəkləri gözlər üçün təhlükəlidir?
Tarix: 02-07-2019 | Saat: 07:04
Bölmə:Karusel / İqtisadiyyat / Maraqlı / Foto-fakt | çapa göndər
Gün eynəyi yayın əsas aksesuarlarından biridir. Günəşli günlərdə gözlərin sağlamlığı üçün eynəklər vacib hesab olunur. Lakin ucuz və keyfiyyətsiz eynəklər günəşin ultrabənövşəyi şüalarını əks etdirən xüsusi örtüyə malik deyillər. Bu isə gözlər üçün təhlükəlidir.
Gözün içərisindəki torlu qişanın zərif nöqtələri görməni təmin edir. Keyfiyyətsiz eynək taxılması həmin reseptorların zədələnməsi ilə nəticələnir və bu zaman geridönməz dəyişikliklər əmələ gəlir. Günəş şüaları göz dibinə, buynuz qişaya və büllura mənfi təsir edir. Ona görə də oftalmoloqlar günəşli havalarda gün eynəyindən istifadə olunmasını məsləhət görürlər. Gün eynəkləri üç qrupa bölünür: kosmetik, yüksək müdafiəli və adi gün eynəkləri. Kosmetik gün eynəklərindən adətən aksesuar kimi istifadə edilir. Yüksək müdafiəli gün eynəklərindən hündür dağlıq ərazilərdə istifadə olunması faydalıdır. Bəzi gün eynəkləri sürücü və idmançılar üçün nəzərdə tutulub. Xomilyon gün eynəkləri isə həssas gözlər üçün nəzərdə tutulub və işıqlandırmadan asılı olaraq rəngini dəyişir və gözün buynuz qişasını optik müdafiə edir.
Mütəxəssislər eynək alarkən, ilk növbədə, onun rəng və çəkisinə fikir verməyi məsləhət görürlər. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızılanda öz keyfiyyətini itirir, çünki cızılmış yerlərdən ultrabənövşəyi şüalar gözə təsir edir.
Keyfiyyəti yoxlamağın başqa bir yolu eynəyi taxandan sonra şaquli bir xətlə baxmaqdır. Eynəyi yüngülcə yuxarı və aşağı, sağa və sola hərəkət etdirəndə həmin xətdə oynama və qaralmalar olursa, bu, eynəyin keyfiyyətində müəyyən problemlər olduğunu göstərir. Eynəyi gözə taxarkən görüntü aydın olmalıdır. Bulanıq görüntü şüşənin keyfiyyətsizliyindən xəbər verir.
Xəbəri paylaş
5498 dəfə oxunub.
Digər xəbərlər

19-09-2018, 18:33
Bakıda sürücü uşağı maşınla vurdu, babasını yumruqladı - VİDEO
24-11-2016, 10:48
"Opel" yük maşınına çırpıldı: 3 ölü
3-03-2016, 12:41
Ordumuz düşmənə 120 atəş zərbəsi endirdi
6-10-2018, 10:54
Azərbaycanda fəhlələri daşıyan maşın aşdı - 2 ölü, 2 yaralı
17-07-2018, 16:49
Gəncədə həlak olan polislərin anım tədbiri keçirildi
5-09-2020, 19:04
Ukrayna səmasında Qarabağ sədası... - Video
18-10-2016, 13:29
Azərbaycanda sərnişin qatarı qəzaya uğradı: 4 vaqon relsdən çıxdı
19-01-2018, 17:25
Emil Bədəlov bankrot oldu? – “100 minə yaxın...” - VİDEO
3-09-2018, 11:08
Bakı Meriyası söküntüləri davam etdirir - FOTOLAR