Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Millət bu pozğunlardan və üzdəniraqlardan bezib” – Afətlə Aqşin dalaşdılar
Tarix: 29-05-2019 | Saat: 16:18
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


Şou-biznesdə yeni qalmaqalın əsası qoyulub.
Bu dəfə meyxanaçı Aqşin Fateh ilə müğənni Afət Fərmanqızı üz-üzə gəlib.
A.Fatehin "Bəzi müğənnilər pozğundur. Ancaq bahalı maşın və evlərini nümayiş etdirirlər" sözləri ifaçını özündən çıxarıb.
120 minlik “Galenvagen”i ilə günlərlə müzakirələrə səbəb olan A.Fərmanqızı meyxanaçıya sərt cavab verib: “Bu maşını Namiq Qaraçuxurlu, Ədalət Şükürov, Manaf Ağayev necə alıbsa, o cür almışam. Son vaxtlar hansı müğənninin bahalı maşını, evi varsa, onları pozğun adlandırırlar. Yəqin pozğunluqda olanda yanında aparıblar, sizi. Bəzi üzdəniraq şou nümayəndələri peyda olub. Hünəri çatırsa, ad çəksin. Mən də ad çəkməmişəm, sözü atdım, yiyəsi götürsün".
Meyxanaçı isə sosial şəbəkədə şəxsi nömrəsini bölüşərək Afətə mesaj göndərib: "Kimliyindən və sənətindən asılı olmayaraq, istər müğənni, istərsə də meyxanaçı... Allahdan başqa heç kimdən qorxum yoxdur. Dediyim hər sözün də arxasındayam. Əgər dediyim sözlər kimisə narahat edirsə, demək, hədəfə çatıb. Millət bezdi, daha bu pozğun, üzdəniraq "qadın və kişilərin" biabırçılıqlarından... Kimin sözü varsa, zəng vursun".


Xəbəri paylaş

6388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___