"Əgər öləcəyəmsə..."- həbs edilən xanım baş redaktor aclıq aksiyasını dayandırdı
Tarix: 24-05-2019 | Saat: 15:45
Bölmə:Karusel / Gündəm | çapa göndər
Narkotik satmaqda ittiham edilərək həbs edilən qadın baş redaktor aclıq aksiyasını dayandırıb.
"Bakupress" az saytının həbsdə olan rəhbəri Şəfəq Ağabalayevanın (Ağacan) saxlandığı Bakı istintaq təcridxanasında başlatdığı aclıq aksiyası bir neçə gün davam edib.
Baş redaktorun aclıq aksiyası keçirməsi barədə məlumat onun feysbuk hesabında yaxınları tərəfindən yayılmışdı.
O, bu addımı məhkəməsi davam edən ərəfədə ev dustaqlığına buraxılmaması ilə izah etmişdi.
"İstintaqdan qaçmadığımı, əksinə, maraqlı olduğumu və sifarişçini öyrənmək istədiyimi bildirdim, səhhətimdəki problemlərə görə həbs-qətimkan tədbirimin ev dustaqlığı ilə əvəzlənməsini tələb etdim. Amma dəyişən heç nə olmadı. Gündən-günə ölümə yuvarlandığımı hiss edirəm. Buna görə də mayın 21-dən aclıq aksiyasına başlayıram. Əgər öləcəyəmsə, haqsızlığa üzülərək yox, haqqımı tələb edərək ölmək istəyirəm"- deyə həmin məlumatda qeyd edilirdi.
Mayın 22-də yayılan həmin məlumatdan sonra Şəfəq Ağacan bir neçə gün aclıq aksiyasını davam etdirib. Təcridxana rəhbərliyi ilə görüşdən sonra Şəfəq Ağacan aclıq aksiyasını dayandırıb və bununla bağlı müraciət də yazıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatı təsdiqləyiblər.
Rəsmi məlumata görə, Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.
Xəbəri paylaş
4168 dəfə oxunub.
Digər xəbərlər

6-06-2016, 13:27
Bakıda “Mersedes”lər yığılır – Səbəb
28-07-2015, 22:55
Məşhur erməni "vor zakon" öldürüldü (VİDEO, FOTO)
13-05-2017, 00:05
"Whatsapp”a ağır — ZƏRBƏ
22-06-2020, 20:04
Bərdədə dəhşətli hadisə-üzərinə traktor aşan gənc dünyasını dəyişdi
25-09-2021, 11:14
Müharibə “dayandığı yerdən” davam edə bilər - Paşinyan Ərdoğana ona görə yalvarır ki...
21-09-2016, 09:42
Sultanın mahnısı rus serialında - VİDEO
28-03-2015, 16:32
Ukraynada saxlanılan azərbaycanlıların kimliyi məlum olub
15-04-2017, 11:15
Bakı-Qazax yolunda 30 km-ə 10 radar - VİDEO
18-12-2015, 16:06
"İPhone-6” ilə çəkilən bu görüntü internetdə rekord vurur (VİDEO)