Əcnəbilərlə nikaha girən 797 azərbaycanlı boşanıb - RƏSMİ
Tarix: 20-05-2019 | Saat: 10:12
Bölmə:Karusel / Gündəm / Araşdırma | çapa göndər
Son 5 il ərzində əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında qeydə alınan nikah və boşanma hallarının statistikası açıqlanıb.
Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirib ki,son 5 il və bu ilin 2 ayı ərzində əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında 11 127 nikah qeydə alınıb. Müvafiq dövrdə rəsmi olaraq 797 boşanma halı olub.
Qeyd olunub ki, əcnəbilərlər və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında 2014-cü ildə 1816, 2015-ci ildə 2680, 2016-cı ildə 2042 , 2017-ci ildə 2059, 2018-ci ildə 2256 nikah bağlanıb. 2019-cu ilin 2 ayı ərzində əcnəbilərlər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 274 nikah rəsmiləşib ki, şəxslərdən 134 nəfəri kişilər, 140-ı qadınlardır.
Rəsmi məlumata görə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında 2014-cü ildə 155, 2015-ci ildə 149, 2016-cı ildə 149, 2017-ci ildə 195, 2018-ci ildə 149 boşanma qeydə alınıb.
Son 5 il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləndiyi halda, əcnəbilərlə ailə quran azərbaycanlı kişilər əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.
Xəbəri paylaş
4008 dəfə oxunub.
Digər xəbərlər

2-04-2015, 10:07
Amerikalı iqtisadçılar dolların çökəcəyi proqnozunu verdilər
21-05-2015, 20:56
Suyun altında meydança - FOTOLAR
6-03-2017, 18:34
Dərini tər-təmiz edir, stressi azaldır, həzmi yaxşılaşdırır... Möcüzəli PİVƏ MAYASI
18-07-2017, 16:25
"Porshe" ilə qadını vurub öldürən Ağəlinin şikayəti təmin edilmədi
23-01-2017, 17:08
“Sualı bizə yox, Lider TV-yə verin”- Səfirlikdən açıqlama
26-08-2016, 15:13
Çörəyin içindən pas çıxdı - Nazirlik işə qarışdı - FOTO
10-10-2016, 13:19
İmişlidə faciə: teplovozun altında qalıb öldü
29-04-2022, 10:31
Aysun özünü öldürəcəyini əvvəlcədən deyibmiş...
10-08-2015, 16:38
Düz qamətə necə sahib ola bilərik?
9-06-2016, 13:02
Ermənistanda 3 nazir müavini işdən çıxarıldı