Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Oskar" mükafatı: ən yaxşılar seçildilər
Tarix: 25-02-2019 | Saat: 12:26
Bölmə:Karusel / Gündəm | çapa göndər


ABŞ-ın Los-Anceles şəhərindəki "Dolby Theatre"da Amerika Kinoakademiyasının təsis etdiyi 91-ci "Oskar" mükafatlarının təqdimat mərasimi olub.
Kinorejissor Piter Farrellin "Green Book" filmi "Ən yaxşı film" nominasiyasında qalib gəlib.
"Ən yaxşı sənədli film" adına "Free Solo"layiq bilinib, "Ən yaxşı qısametrajlı film" nominasiyasında "Period. End Of Sentence" qalib gəlib.
"Ən yaxşı əcnəbi film" titulunu Alfonso Kuaronun "Roma" lenti qazanıb.
"Ən yaxşı qısametrajlı film" nominasiyasında Qay Nettivin və Ceymi Rey Nyumanın "Skin" lenti rəqibləri üstələyib.
"Ən yaxşı aktyor" nominasiyasında "Bohemian Rhapsody" filmindəki baş roluna görə Rami Malik, "Ən yaxşı aktrisa"da isə Oliviya Kolman ("The Favourite") qalib olub.
"Ən yaxşı mahnı" nominasiyasında "A Star İs Born" filmindəki "Shallow" mahnısına görə qalib gəlmiş amerikalı müğənni Ledi Qaqa baş rolda oynadığı filmin prodüseri və onun lentdəki tərəf-müqabili Bredli Kuperlə səhnəyə çıxaraq fortepiano arxasına keçiblər. Onlar mahnını birlikdə ifa ediblər.
Ledi Qaqanın 50 yaşlı nişanlısı Kristian Karino ilə bütün münasibətləri kəsdiyi bəlli olub.
Builki "Oskar"ın laueratlarını təqdim edirik:
"Ən yaxşı film" - "Green Book"
"Ən yaxşı aktyor" - Rami Malik (Bohemian Rhapsody)
"Ən yaxşı aktrisa" - Oliviya Kolman (The Favourite)
"Arxa plan rolunda ən yaxşı aktyor" - Maherşala Əli (Green Book)
"Arxa plan rolunda ən yaxşı aktrisa"  - Recina Kinq (If Beale Street Could Talk)
"Ən yaxşı rejissor" - Alfonso Kuaron (Roma)
"Ən yaxşı sənədli film" - "Free Solo"
"Ən yaxşı kostyum dizaynı" - "Black Panther"
"Ən yaxşı montaj" - "Bohemian Rhapsody"
"Ən yaxşı ssenariçi" - Lüdviq Qoransson (Black Panther)
"Ən yaxşı səs montajı" - "Bohemian Rhapsody"
"Ən yaxşı səs miksi" - "Bohemian Rhapsody"
"Ən yaxşı prodüsinq dizaynı" - "Black Panther"
"Ən yaxşı sənədli qısametrajlı film" - "Period. End Of Sentence."
"Ən yaxşı qısametrajlı animasiya filmi" - "Bao"
"Ən yaxşı qısametrajlı film" - "Skin"
"Ən yaxşı animasiya filmi" - "Spider-Man: Into the Spider-Verse"
"Ən yaxşı əcnəbi film" - "Roma" (Meksika)
"Ən yaxşı ssenari" - "Green Book"
"Ən yaxşı meyk-ap" - "Vice"
"Ən yaxşı vizual effektlər" - "First Man"
"Ən yaxşı mahnı" - "Shallow" (A Star Is Born) - Ledi Qaqa
"Ən yaxşı kinematoqrafiya" - "Roma"



1328 dəfə oxunub.

Digər xəbərlər
19-04-2016, 15:08 O da boşandı... - Fotolar

bütün xəbərlər
____ Instagram ___