Hind mahnısında Nəsimi qəzəli: Ayıb, biabırçılıq...
Tarix: 23-01-2019 | Saat: 17:23
Bölmə:Karusel / Gündəm | çapa göndər
Müğənni Afət Fərmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin sözləri ilə oxuduğu məşhur “Pəncu-şeş” hind mahnısının efirdə səslənməsi ayıbdır.
Bu sözləri açıqlamasında Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, tanınmış bəstəkar Sərdar Fərəcov deyib. O bildirib ki, “Nəsimi İli”ndə belə mötəbər şəxsiyyətin, insanın yaradıcılığına münasibət ucuz olmamalıdır:
“Belə şeylərə gərək televiziya, mətbuat rəhbərləri ciddi nəzarət etsin. Müğənnilər Nəsimiyə “hörmət xatirinə” onun yaradıcılığını ucuzlaşdırmamalıdır”.
Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamdan sonra ölkə səviyyəsində Nəsiminin yaradıcılığı ilə bağlı yeni işlər və tədbirlər həyata keçirilir.
Xatırladaq ki, A.Fərmanqızı qəzəlin sözlərini də düz oxumayıb, “Məndə sığar ikən cahan” (“iki cahan” əvəzinə) deməklə, ümumiyyətlə, Nəsimi yaradıcılığından bixəbər olduğunu nümayiş etdirib.
Xəbəri paylaş
6828 dəfə oxunub.
Digər xəbərlər

24-04-2016, 13:33
Turan Ordusu” erməni saytlarını darmadağın etdi
14-09-2016, 19:01
“Biz yeni 2016-2017-ci il tədris ilinə nikbin baxırıq”.
1-03-2016, 12:48
AFFA turun cəzalarını açıqladı
11-05-2016, 13:26
ATƏT cəbhə xəttində monitorinq keçirdi
22-07-2021, 12:22
"Patı" satan daha bir qadın saxlanıldı
23-05-2017, 20:28
"James Bond" öldü - FOTO
24-07-2015, 09:34
“İnter” – “Hafnarfyordur” matçının təkrarı - VİDEO
30-07-2015, 19:48
Azərbaycanın xalq artisti dünyasını dəyişdi
1-06-2016, 22:45
Almaniya da Britaniyanın qalmasını istədi
13-04-2022, 09:36
Azərbaycan quru sərhədlərini açır - Tarix məlum oldu