Bakının mərkəzində, küçənin ortasında 30 yaşlı paytaxt sakini zorlanıb.
Xəbəraz.Az sputnik azərbaycan-a istinadən xəbər verir ki, cinayət yanvarın 15-dən 16-na keçən gecə, saat 01:00 radələrində Nizami küçəsində, 149 nömrəli evin (italyan həyətində olan köhnə bina) həyətində baş verib.
Naməlum kişi gecə işdən evə gələn qadına (etik məsələlərə görə ad yazmırıq) hücum edib.
Zərərçəkənin kafedə qabyuyan işlədiyi bildirilir.
Təcavüzkar öz qurbanına bədən xəsarətləri yetirib və onu zorlayıb. Bu vaxt yaxınlıqda post-patrul xidmətinin əməkdaşları olub.
Polislər qadının qışqırıq səslərini eşidərək onun köməyinə tələsiblər. Asayiş keşikçilərini görən təcavüzkar qaçmağa başlayıb, lakin polislər onu saxlayıblar.
Saxlanan şəxsin Qazaxıstan vətəndaşı, 29 yaşlı Loktinov Ruslan Oleqoviç olduğu məlum olub.
Təcavüzkar qadının çənəsini sındırıb. Polis zərərçəkmişi xəstəxanaya çatdırıb.
İlkin araşdırma zamanı məlum olub ki, qadın piyada işdən qayıdırmış. Həmin vaxt Loktinov ona yaxınlaşaraq danışmağa başlayıb. Əvvəlcə qadın naməlum şəxslə danışıb, lakin sonra nə isə hiss edərək kişidən yaxasını qurtarmağa çalışıb.
Amma əlverişli məqam gözləyən kişi qadını yaşayış binasının həyətinə itələyib və orada onun çənəsinə zərbə vuraraq sındırıb. Sonra isə ona təcavüz edib.
İşdən evə qayıdan qadını küçədə zorladılar-Bakıda
Tarix: 18-01-2019 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Xəbəri paylaş
6508 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-01-2019 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
29-07-2016, 17:39
Bakıda DƏHŞƏT! "WhatsApp" mesajına görə qan töküldü
5-06-2020, 22:52
Ağstafada vətəndaşları kimlər narazı salıb?
15-04-2019, 15:42
"Bizim Market" mağazalar şəbəkəsinin sahibi VƏFAT ETDİ
19-03-2019, 20:54
Novruz tədbirlərinin ünvanları açıqlandı
21-04-2016, 21:53
Süd verən analara özəl QİDALANMA MENYUSU
17-07-2016, 01:31
Türkiyədə daha bir general həbs edildi
29-08-2016, 19:46
MÖHTƏŞƏM YENİLİK: Maşınlar bir daha toqquşmayacaq - VİDEO
22-06-2016, 15:16
Çavuşoğludan İsrail açıqlaması
12-02-2018, 11:17
74 yaşlı qadın özünü asdı-Göygöldə
13-06-2017, 16:15
"Duşda qadınlar gizli şəklimi çəkməyə çalışırlar" - "Vicdan haqqı"nın Larisası - FOTO