Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyadakı aparıcımıza təzyiqlər davam edir..
Tarix: 10-12-2018 | Saat: 21:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyadakı aparıcımız Səadət Arifqızından xəbər var. Rusiyada çəkilişlər həyata keçirən aparıcımıza və onun çəkiliş qrupuna bəzi ish adamları və "diasporlar" nəinki mane olurlar, hətta onlara qarşı təzyiq də göstərir və Rusiyadakı polis orqanlarının əli ilə hədə- qorxu gəlirlər. Onu da qeyd edək ki, Salam Azərbaycan verilişində milli mənəvi dəyərlərimiz və adət -ənənələrimiz mövzusunda çəkilişlər həyata keçirilir. Həmçinin verilişdə Rusiyada Azərbaycanın nüfuzlu , hörmətli iş adamları, ölkə xaricində ölkəmizin layiqincə təmsil edən ziyalılar, tələbələr və idmançıları barədə də çəkilişlər həyata keçirilir. Veriliş özəldir və Səadət Arifqızı bu layihənin rəhbəri və aparıcısıdır.2 ildir ki, Rusiyada çəkiliş aparan bu komanda çox tanınır və veriliş Rusiyadakı həmvətənlərimizin köməyi nəticəsində ərsəyə gəlir.Aparıcı Səadət xanım onu da qeyd etdi ki, Azərbaycan qadınına qarşı ölkə xaricində öz Azərbaycanlı bəzi iş adamları və " diasporlar"ın etdikləri təzyiqlər barədə ölkə rəhbərliyinə yazılı şəkildə rəsmi olaraq müraciət edəcək. Hər kəsi maraqlandıran bir məsələ var.Bəs görəsən bu bəzi iş adamları və "diasporlar" nə üçün milli dəyərlərimiz üzərində qurulan bu verilişə mane olurlar?  Ümid edirik ki, dövlət orqanları bu məsələni özü araşdıracaq və Salam Azərbaycan verilişinin komandasına yardım edəcəklər.



1668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___