Pluton planetinin ilk fotoları dünyaya çatdı (FOTO)
Tarix: 15-07-2015 | Saat: 18:08
Bölmə:Karusel / Maraqlı / M2 / Foto-fakt | çapa göndər
Planet haqqında bütün informasiyanı yerə ötürmək üçün 16 ay vaxt lazımdır.
Kosmosda tarixi an. Bəşəriyyət ən sirli planetin şəkillərini əldə etdi. ANS PRESS-in məlumatına görə, dünya Plutona daha bir addım yaxınlaşdı.
Amerika Hava və Kosmik Agentliyinin (NASA) məlumatına görə, qurumun yeni kosmik gəmisi olan "New Horizons" (Yeni üfüqlər) Pluton planetinin səhtinə ən yaxın uçuşunu gerçəkləşdirib. "New Horizons" plantin ən yaxın fotolarını çəkərək yerə ötürə bilib.
"New Horizons" topladığı bütün məlumatları dünyaya göndərməsi 16 ay davam edəcək.
NASA-nın Twitter hesabında fotolar "Plutonu sevirik" başlığı ilə yerləşdirilib. Fotolar NASA-nın İnstagram hesabında da var. Saniyədə 14 km sürətlə hərəkət edən kosmik gəmi Plutona 12 000 km yaxınlaşıb. Fotolar Dünyadan 5 milyard km uzaqlıqdan çəkilib.
Layihənin rəhbəri Alan Stern bununla da Günəş sisteminin kəşfi ilə bağlı böyük addım atıldığını deyib.
Kosmik aparatın hesablamalarına görə, Plutonun diametri 2 370 km-dir. Bu isə NASA-nın hesablamalarından daha böyükdür.
Sabah qurğu ən önəmli missiyasına başlayacaq.
Bu müddət ərzində onun dünya ilə əlaqəsi kəsiləcək və bütün diqqət Plutonun daha dəqiq öyrənilməsinə yönələcək.
Pluton 1930-cu ildə kəşf edilib və o gündən öz sirliliyi ilə tanınıb. Onun haqqında məlumat isə olduqca az idi.
"New Horizons" Günəş sistemində səyahətinə 19 yanvar 2006-cı ildən başlayıb. O kosmik bazadan saatda 58 min 536 km sürətlə yola çıxıb.
Qurğunun Plutona çatması 9 il çəkib. Bu isə dünya ətrafında 120 min 477 dəfə fırlanmaya bərabərdir. Layihənin maliyyə dəyəri 720 milyon dollardır.
Kosmik gəminin mikro asteroidlərlə toqquşması və sönməsi ehtimalı 10 mində birdir.
Xəbəri paylaş
7638 dəfə oxunub.
Digər xəbərlər

5-03-2020, 16:00
İlham Əliyev yeni icra başçılarını qəbul etdi
31-05-2017, 12:36
"Atəşgah Sığorta Agentliyi" bağlanır? - AÇIQLAMA
6-07-2016, 21:05
Xamenei: “Terroru bu ölkələr himayə edir”
22-02-2016, 12:44
NATO dağılmaq təhlükəsi qarşısında
7-08-2015, 10:48
Ermənilər minaatanlara əl atdılar
9-11-2017, 11:13
Bakıda qonşusunu güllələyən şəxs həbsdə ölüb
8-06-2016, 23:11
Prokurorluq işçiləri ilə bağlı vacib dəyişiklik
22-06-2015, 12:18
Tanınmış aktrisa iş adamı oldu