Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün "Qarabağ"ın günüdür - Hamı Bəhramova!
Tarix: 15-07-2015 | Saat: 11:08
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Bu gün "Qarabağ"ın günüdür - Hamı Bəhramova!

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları davam edir.

Xeberaz.az-ın Qol.Az-dan aldığı məlumat a görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” bu gün ilk oyununa çıxacaq.

Qurban Qurbanovun komandası doğma meydanda Monteneqro çempionu “Rudar”ı qəbul edəcək.

Tarixində ikinci dəfə Çempionlar Liqasında iştirak edən Ağdam təmsilçisi ən azı ötənilki uğurunu təkrarlamaq niyyətindədir. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyən və hakim haqsızlığı ilə üzləşərək mübarizəni dayandıran komandamız yenidən azarkeşlərə bu sevinci yaşada bilər. Bunun üçün isə “atlılar” ilk növbədə “Rudar”ı keçməlidir. “Qarabağ” bugünkü matçın favoriti hesab olunur. Ancaq Monteneqro çempionunun rəqibinə asan təslim olmayacağını söyləmək olar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:30-da başlayacaq.


15 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu

21:30. “Qarabağ” (Azərbaycan) – “Rudar” (Monteneqro)
Baş hakim: Sebastyan Koltesku (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu


Xəbəri paylaş

6598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___