Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Qızlar üçün - Biz həmişə niyə bənzər oğlanları seçirik?
Tarix: 18-04-2018, 15:20 | Saat: 15:47:00
Bölmə:Karusel / Qadınlar / Maraqlı / M2 | çapa göndər

Qızlar üçün -  Biz həmişə niyə bənzər oğlanları seçirik?


Şəxsi həyatında qəribə hallar baş verir: ya anlaşılmayan münasibətə başlayırsan, ya da seçdiyin insan köhnə sevgilinə çox bənzəyir. Hadisələr, davranışlar, münasibət təkrarlanmağa başlayır. Ətrafımızda yüzlərlə fərqli insanlar var. Amma nədənsə, biz həmişə eyni tip oğlanlara aşiq oluruq. Səbəb nədir?
Təsadüf, yoxsa… Təkrarlar münasibətə necə təsir edir? 

Bu cür hallar tez-tez yaşanır və təsadüf deyil.

Zövqlərimiz üst-üstə düşmür

Hər bir insan beynində müəyyən obraz canlandırır. Və seçdiyi insanda onu axtarmağa başlayır. Nəhayət, xəyallarının bir qismini özündə əks etdirən yarını tapırsan. Hər şey yolundadır. Nədənsə, o, səni tam qane etmir: münasibətlərdə söz-söhbət yaranır və dözə bilmirsən. Nəticədə, ayrılmağa qərar verirsiz.  

Psixoloq məsləhəti: 
Bu hal bəzən 18-25 yaş arası gənclərdə olur. Sən onu həqiqətən sevdiyini düşünürsən. Amma ürəyinin dərinliklərində ona qarşı biganəsən. Bu, sevgi yox, simpatiyadır. Onda xəyallarında canlandırdığın obrazı axtarmaqdansa, onu olduğu kimi qəbul etməyə çalış. Bu münasibətin daha möhkəm olacağına zəmanət verir. 



Hər şey keçmişdə qaldı

Ondan ayrılandan sonra hər şeyin yaxşı gedəcəyini düşünürdün. Amma nədənsə, onun hərəkətlərini, münasibətini və xasiyyətini unuda bilmirsən. Ən pisi isə qarşına çıxan hər oğlanda ona bənzər nəsə axtarırsan. O, nə qədər keçmiş sevgilinə bənzəyirsə, səni bir o qədər də çox cəlb edir. Vay o günə ki, onun hərəkətlərində yanlışlıq görəsən. Bu, hər ikiniz üçün problem yaradacaq. Çünki sən öz beynində canlandırdığın obraza köklənmisən, əksini qəbul etmirsən.

Psixoloq məsləhəti: 
Bu tip münasibətlərdə səmimilik və həqiqi hisslər olmur. Əgər sən keçmiş sevgilinin xasiyyətinərə uyğun gələn birini axtarırsansa, özün də onunla istədiyin kimi davranmayacaqsan. Keçmiş sevgilinin xoşladığı hərəkətləri təkrarlayacaq, bəyəndiklərini edəcəksən. Bir müddətdən sonra isə içindəki hisslərə qarşı çıxdığını, onunla sadəcə oyun oynadığını görəcəksən. Nəticədə münasibət də uğursuzluğa düçar olacaq. Əgər gözəl bir münasibət qurmaq istəyirsənsə, onda qüsur axtarmağa çalışma. Bəlkə sən elə onda görmək istəmədiyin tərəflərə vurulacaq, keçmişi qaytarmaqdan əl çəkəcəksən.



Niyə hər şey yolunda getmir?

Hədəfə çatmaq üçün «marşrutu» dəqiq bildikdə onu əldə etmək asan olur. Münasibətlərdəki anlaşılmazlıq da elə buna bənzəyir. Bəziləri nə etdiklərini və hara getdiklərini yaxşı bilir, ona görə də özlərinə sevgili, oğlan dostu yox, gələcək həyat yoldaşı seçirlər. Amma sizin münasibətdə hər şey fərqli idi. Siz tanış olanda qarşınıza məqsəd qoymamısız. Sizə birlikdə xoşdu, gələcəyi isə heç düşünmürsüz də. Get-gedə hər iki tərəfin bir-birinə olan marağı itir. Zənglərin, mesajların və görüşlərin sayı azalır. 

Psixoloq məsləhəti: 
Sizin münasibətiniz əvvəldən risk altındadır. Axı hər bir cütlük qarşısına məqsəd qoymalı və o yolda maneələri dəf etməlidir. Səbəbsiz başlayan münasibətdə tərəflər arasında heç bir maraq olmur. Dostluq, ortaq maraqlar, səmimi söhbətlər bir münasibətin əsası ola bilməz. Sağlam münasibət üçün bünövrəni saxlayacaq «sementə» ehtiyac var. Bunu isə ilk tanışlıqdan etmək lazımdır.  



Obraza uyğun
Sən sakit, varlı və adlı-sanlı ailədə dünyaya gəlmisən. Həyatda ən böyük kumirin valideynlərin, ən əsası isə atan olub. Uşaqlıqdan tək bir amalın var: atana bənzəyən biri ilə ailə qurmaq. Ailə emosional təsir edir və oxşarlıqlar yaradır. Hər şey yolundadır, amma hər addımda onun hərəkətlərində qüsurlar tutur və bunu açıq-aşkar deməkdən çəkinmirsən. Hər dəqiqə «Atam bunu daha yaxşı edir», «Atamın bu hadisəyə reaksiyası belə olardı» kimi sözlərlə onu incidirsən.  Nəticədə, bir müddət sonra onun səndən uzaqlaşdığını görür və depressiyaya düşürsən.

Psixoloq məsləhəti:
 «Ailə və onu necə qurmalı?» kitabının müəllifi, məşhur amerikalı psixoloq Robin Skinner yazır: bizi bir-birimiziə bağlayan səbəblər var, çünki biz psixoloji cəhətdən oxşarıq. Hər bir insanın xoşbəxt ailəsinə bənzər bir gələcək arzulaması normaldır. Amma qarşına çıxan birini buna məcbur etmək sağlam gələcək üçün təhlükəlidir. Bu tip münasibət üstündə qurulan ailə tez dağılır. Qarşındakı insanı valideynlərinə oxşadıb, onlardan misal çəkmək bir gün səni də bezdirəcək. Həyat yeniliklərlə maraqlıdır. Çalış, fərqli münasibəti qəbul edib, ondan zövq alaraq yaşayasan.

1908 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
____ Instagram ___