Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Körpəm məni görəndə qorxur” - Bədəninin 85 faizi yanan ananın FƏRYADI - VİDEO
Tarix: 6-04-2018, 14:30 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV / Reportaj | çapa göndər


"Xəstənin qərarına qalsa, gərək onu itirəsən"
ARB TV-nin "Sirdaş Rövşanə" proqramına bu dəfə 3 uşaq anası, bədəninin 85 %-i yanan qadının ailəsi müraciət edib.
Proqramın çəkiliş komandası qadının evində olub və o, xəstəxanada müalicə almaq üçün yardım istəyib:
"3 övladım var. Azyaşlı körpəmin ürəyində deşik var. Ona qovuşmaq istəyirəm. Qucağıma ala bilmədiyim üçün əzab çəkirəm. Digərləri özləri yaxınlaşır, amma bu körpədir. Mənə yaxınlaşır və qorxur gedir. Çox xahiş edirəm ki, mənə yardım etsinlər ki, xəstəxanada yataraq müalicə alım. Bacıdan, qardaşdan asılı olmaq istəmirəm. Utanıram, əzab çəkirəm. 10 dəqiqə otururam. Bədənim elə bil qaralır. Sanki istiotu yaraya səpirsən. Başım gicəllənir və qışqırıram. Ayağa duranda yaralarımdan qan açılır".
Qadına yardım edən bacısı Aynurə xanım bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib:
"Fevral ayının 15-i ehtiyatsızlıqdan qaz alov tutub yanıb. Bədəninin 85 %-i yanıb. Şok keçirib, üşütmələr baş verib. Yaraları iylənmişdi, sarğılar yaralara girmişdi. Gecə səhərə qədər yatmır".
Daha sonra efirə qonaq çağrılan Aynurə xanım hadisənin necə baş verdiyini proqramda danışıb:
"Evə qaz sızıb, bilməyib. Qızı yanğını söndürüb. O da bilməyib soyuq su əvəzinə isti su töküb. Psixoloji çox problemləri yaranıb. Özü dirəndi ki, balalarımı görmək istəyirəm. 1 günlük icazə verdilər. Daha sonra həkimlər dedi ki, sən 1 gün evdə çox yaxşı olmusan, elə evdə yat müalicə al. Evə də gəlib daha da pisləşdi".
Ekspert qismində əyləşən plastik cərrah Mirəzim Zaidov bildirib ki, xəstənin vəziyyəti olduqca ağırdır:
"Övladlarını görmək istəyib və həkim məcburən onu saxlaya bilməz. Sadəcə olaraq, elə vəziyyətdə uşaqlarını görmək düzgün deyil. Hal-hazırda vəziyyəti ağırdır. Fəsadı odur ki, ölə bilər. Xəstənin qərarına qalsa, gərək xəstəni itirəsən. Doğru müalicə getmir. Mütləq xəstəxanaya yerləşdirilməlidir".

510 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
____ Instagram ___