128 dəfə radara düşən sürücü saxlanılıb - VİDEO
Tarix: 09-03-2018 | Saat: 19:28
Bölmə:Karusel / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər
128 dəfə radara düşən sürücü nəhayət saxlanılıb.
Həmin sürücü Sumqayıt sakini Şahmar Mustafayevdir. Onu bir neçə gün əvvəl paytaxtın Səbail rayon dövlət yol polisi əməkdaşları saxlayıblar. Şahmar Mustafayevə bildirilib ki, ödənilməmiş cərimələri var buna görə avtomobili müvəqqəti duracağa aparılıb.
Sürücü iddia edir ki, ona elektron qaydada 15 min 300 manatlıq cərimə protokolları yazılıb və ona bu cərimələrlə bağlı heç bir məktub gəlməyib. Şahmar Mustafayev onu da bildirir ki, müvəqqəti etibarnamə ilə idarə etdiyi avtomobil qohumunun adınadır, hətta onun da ünvanına məktub gəlməyib. O, həmçinin bu protokolların çoxunda şəkillərin eyni olduğunu da iddia edir.
Sürücü məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarədə araşdırma aparılarkən ona bildiriblər ki, 128 dəfə radara düşüb və bunun çoxu da Bakı-Sumqayıt yolunda qeydə alınıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ''Xəzər Xəbər''ə bildirdi ki, sürücü cərimə məbləğini şişirdib. Ona 15 min 300 manat yox, 1570 manat cərimə yazılıb. Şahmar Mustafayev cəriməsinin 690 manatını müxtəlif vaxtlarda ödəyib. Qalan 880 manat borca görə, sürücü yol polisi tərəfindən saxlanılıb. Qaldı ki, sürücünün bəzi şəkillərdə avtomobilinin olmaması iddiasına, o, istənilən vaxt Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib məsələni araşdıra bilər.
Xəbəri paylaş
1 2548 dəfə oxunub.
Digər xəbərlər

19-09-2023, 13:32
Ermənilərin döyüş vasitələri və hərbi təyinatlı obyektləri sıradan çıxarılır - RƏSMİ
5-12-2016, 18:16
Bakıda dəhşətli hadisə: avtobus 1-ci sinif şagirdini vurub öldürdü
23-10-2018, 11:01
Bakıda ofisiant qabyuyan qadını zorlamaq istədi - Həbs edildi
3-03-2016, 13:48
Ölüm yatağında ən çox düşünülən 5 PEŞMANLIQ
19-05-2016, 10:05
Təyyarə qəzasında ölənlərin TAM SİYAHISI
10-05-2016, 19:26
ABŞ-ın hazırlığını alqışlayırıq - Zaxarova
27-05-2018, 16:01
“Salahın vəziyyəti yaxşı deyil,çiynində sınıq ola bilər"
18-01-2016, 22:23
Bakıda “gül satan oğlan” danışdı: "oğru deyilem" - VİDEO