Azərbaycanda 26 əcnəbi saxlanıldı - Əməliyyat keçirildi
Tarix: 16-02-2018 | Saat: 18:32
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dövlət Miqrasiya Xidmətinin (DMX) Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə birgə fevralın 12 və 14-də qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 24 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 26 əcnəbi saxlanılıb.
DMX-dan verilən məlumata görə, araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə əməl etmədiyi məlum olub.
Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əlaqələndiricisi Nirav Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının ölkəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edilib.
Qeyd olunan şəxslər Hindistan vətəndaşlarını aldadaraq yüksək aylıq əmək haqqı olan iş yeri vəd etməklə, Azərbaycan Respublikasında leqallaşacaqlarına inandırıb və dələduzluq yolu ilə müəyyən məbləğdə pul vəsaitlərini mənimsəyiblər.
N.D.Patel aldadılaraq ölkə ərazisinə gətirilən Hindistan vətəndaşlarını Bakı şəhərinin Yasamal və Nəsimi rayonları ərazisindəki müxtəlif ünvanlarda yerləşdirib, özü isə məqsədli şəkildə Gürcüstan istiqamətində Azərbaycan Resublikasını tərk edib.
Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində qeyd olunan şəxslər tərəfindən Hindistan vətəndaşlarının Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.
Xəbəri paylaş
5738 dəfə oxunub.
Digər xəbərlər

6-10-2017, 16:28
“Sumqayıt Texnologiyalar Parkı” MMC ilə bağlı yeni xəbər var
30-06-2017, 19:15
ANAR yeni klipini bu mahnıya çəkəcək
5-07-2021, 11:49
“Patı” Azərbaycanda istehsal olunduğu üçün geniş yayılıb?
26-06-2017, 11:02
Bu gün Silahlı Qüvvələr günüdür
2-05-2016, 17:41
Prezident: "Bütün dağılan evlər bərpa olunmalıdır"
8-07-2016, 13:34
İlham Əliyevin Varşavada Qarabağ danışıqları
12-11-2015, 16:29
MTN əməliyyat keçirdi: Saxlananlar var
17-06-2022, 12:08
Azərbaycanda vaksin pasportları nə vaxt ləğv olunacaq? - AÇIQLAMA
18-12-2018, 11:08
Sevdiyi qıza görə iki qadını bıçaqlayan şəxslə bağlı qərar verildi
30-03-2017, 21:47
Sevinc Osmanqızının bacısı ondan imtina etdi - Mətn