Elza İbrahimovanın anım mərasimi keçirilib - Fotolar
Tarix: 11-01-2018 | Saat: 10:41
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Bəstəkar, xalq artisti Elza İbrahimovanın doğum günü olub. Bu münasibətlə mədəniyyət və incəsənət xadimləri II Fəxri xiyabana yollanaraq bəstəkarın məzarını ziyarət ediblər.
Anım mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarın həyat və fəaliyyətindən danışıb.
Nazir müavini qeyd edib ki, Elza İbrahimova Azərbaycan bəstəkarlıq məktəbinin parlaq ulduzlarından biridir:
“Elza İbrahimova 1938-ci il yanvar ayının 10-da Hacıqabul rayonunda ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini Bakı şəhərində 8 nömrəli musiqi məktəbində alıb. 1953-1957-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində oxuyub. 1957-1964-cü illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında böyük bəstəkar Qara Qarayevin sinfində təhsilini davam etdirib”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artist Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi çıxış edərək Elza İbrahimovanın həyat və fəaliyyətindən danışıblar.
Mərasimdə çıxış edən bəstəkarın qardaşı Çingiz İbrahimov göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

3998 dəfə oxunub.
Digər xəbərlər

25-01-2019, 11:53
“GÜNAY BANK” çökür! - Müştərilər pullarını geri götürüblər
16-09-2015, 10:48
Çexiyanın birinci xanımı İçərişəhərdə - Fotolar
15-06-2016, 15:24
Rusiyadan Ərdoğanın məktubuna cavab
2-04-2016, 17:57
12 şəhidimizə qarşılıq 100 erməni vuruldu
5-04-2016, 11:46
Ermənilər Ağdərədən meyit daşıyır – Video
11-05-2020, 10:18
Azərbaycanlı həkim koronavirusdan öldü
4-01-2016, 13:47
Azərbaycanlı alimin 65 yaşı qeyd edidi
28-12-2016, 14:26
Amerikaya köçən Aynur əri və oğlu ilə - FOTO
28-12-2020, 12:54
Çavuşoğlu sabah Rusiyaya gedir
24-01-2017, 17:38
Trampa xalça göndərən azərbaycanlı: “Bilirdim ki, o seçiləcək...” – “ŞEYX”dən HEYRƏTAMİZ PROQNOZLAR