Məşhur klinikada həkimin komaya saldığı qız öldü: Həkim qaçdı – YENİLƏNİB
Tarix: 05-12-2017 | Saat: 15:49
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib.
Xəbəraz.Az xəbər verir ki, bu barədə Medicina.az-a qızın valideynləri məlumat verib. Bildiriblər ki, uşaq bu dəqiqələrdə keçinib.
"Əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynov da gizlənib. Tapa bilmirik ki, sözümüzü deyək. Xəstəxanadan heç kim çıxıb bir söz demir bizə”.
Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb.
***
11:47
Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından 20 yaşlı qız komaya düşüb.
Xəbəraz.Az Medicina.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 30-da qeydə alınıb.
Belə ki, damarın hemangioması diaqnozu ilə xəstəxanaya aparılan 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevaya anju olunub. Xəstəxanada çalışan invaziv radioloq İlqar Hüseynov qızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin komaya düşməsinə səbəb olub. Həkimlər qızın sağalacağına ümid etmirlər.
A.Mirzəyevanın atası Əlimusa Mirzəyev məsələ ilə bağlı Medicina.az-a danışarkən bildirib ki, xəstəxana heyəti qızın komnaya düşdüyünü ailəsindən gizlədib: "Hadisə ayın 30-da olub. Lakin bizdən gizlədirdilər. Deyəndə ki, niyə uşağı görə bilmirik, deyirdilər, boğazının altında problem yaranıb, həll olunur. Daha onun komada olduğunu demirdilər. Görünən odur ki, işin üstünün açılmasından qorxublar və bizə demədən özləri həll etmək istəyiblər. Bacarmadıqda isə məcbur olub açıqlayıblar”.
Ə. Mirzəyev qızının əməliyyatı üçün həkimin 6400 manat pul istədiyini bildirib: "Qızımı həkimə gətirəndə dedilər ki, sadə əməliyyatdır, heç bir həyati təhlükəsi ola bilməz. Əməliyyat xərcinə gəldikdə isə 6400 manat pul istədilər. Biz də razılaşdıq və öncədən 3150 manat ödədim. Mən hardan bilərdim ki, başımıza belə bir oyun açacaqlar?!”
Məsələ ilə bağlı əməliyyat edən həkim İlqar Hüseynov əməkdaşımızın suallarına cavab verməyib: "Saat 5-dən sonra zəng edərsiniz”.
Baş həkim Həbib Yüzbaşov da danışmağa vaxtının olmadığını bildirib.
Xəbəri paylaş
1 0708 dəfə oxunub.
Digər xəbərlər

17-03-2016, 18:40
Prezidentin əfv etdiyi məşhurlar - SİYAHI
28-03-2015, 18:33
Yəmənə qarşı apardığı həbi kampaniya öz məqsədlərinə çatana qədər davam etdiriləcək.
5-08-2022, 18:22
Sevgilisinə 100 minlik maşın alan Arif Alışanovun milyonluq mülkləri, Ukraynadakı gizli biznesi – Bu ərazilərdə tikilən binaları da o satırmış (İDDİA)
11-02-2016, 09:52
Azərbaycanlı mağaza müdiri mübahisə edən müştərilərə atəş açıb
21-08-2016, 01:11
30 yaşdan yuxarı kişiləri sevməmək üçün 20 səbəb...
1-12-2017, 19:59
2018-ci il dünya çempionatının püşkü atıldı: Argentina ölüm qrupunda, İspaniya Portuqaliyaya rəqib oldu
1-05-2016, 00:41
Xalq artisti qızına toy etdi — Video
18-12-2017, 10:42
Poçt bağlaması üçün ödəniş nə qədərdir?
17-03-2015, 21:20
Bir Kişini nə qıcıqlandıra bilər xanımlar üçün
27-11-2020, 13:06
Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq