Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
Quranda neçə cür namaz qılmaq buyurulub?
Tarix: 26-11-2017, 19:10 | Saat: 15:47:00
Bölmə:Karusel / İbadət | çapa göndər



Qurani-Kərimdə fərz namazlar, bəzi nafilə, bayram və digər namazlar haqda ayələr var.
Xəbəraz.Az zikr.az-a istinadən bildirir ki, bu namazların qılmaq qaydaları isə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhih hədislərində ətraflı izah edilmişdir.
Ümumiyyətlə fərz namazları gündə 5 dəfə qılınan Sübh, Zöhr, Əsr, Məğrib və İşa namazlarıdır. Bu namazları qılmaq Uca Allahın bizə əmridir, bu əmrdən çıxmaq isə böyük günahdır. Sünnət namazlarını isə qılmamaq da olar, amma qılmaq daha savabdır.
Allah Elçisi (salləllahu aleyhi və alihi və səlləm) de­miş­dir: "Namaz əmr olunanların ən xeyirlisidir. Kim çox qılmağı bacarırsa, çox qılsın!" (ət-Tabərani: "Mu'cəmul-Əvsat", 243). Əlavə namazları qılmayan günah qazanmasa da, bir çox böyük savablardan məhrum olur. Əlavə namazları Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih hədislərində bizə bildirmişdir.
On iki rükət nafilənin fəziləti
Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim gündə on iki rükət namaz qılarsa, Cənnətdə onun üçün bir ev tikilər; dörd rükət Zöhrdən əvvəl, iki rükət Zöhrdən sonra, iki rükət Məğribdən sonra, iki rükət İşadan sonra və iki rükət də Sübh nama­zından əvvəl". (ət-Tirmizi, 415).
Sübh namazının sünnəsi
Allah Elçisi (salləllahu aleyhi və səlləm) bu­yur­muş­dur: "Sübh namazının iki rükət (sünnəsi) dünya və onun için­də­ki­lə­rindən daha xeyirlidir". (Muslim, 1721).
Zöhr namazindan qabaq qilinan namaz
Abdullah ibn Səib (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) günəş zenitdən keçdikdən sonra zöhrdən qabaq dörd rükət namaz qılar və belə deyərdi: "Bu, səma qapılarının açıldığı bir vaxtdır. Mən də sevirəm ki, mənim üçün yaxşı əməl Allaha o vaxt yüksəlsin". (ət-Tirmizi, 478).
"Zöhr namazından əvvəl dörd rükət (nafilə namazı) gecə nama­zına bəra­bərdir". (İbn Əbu Şeybə, 5940).
Zöhr namazından əvvəlki və sonrakı nafilələr
Allah Elçisi (Allahın ona və ailləsinə salavatı və salamı olsun) buyurmuşdur: "Kim müntəzəm olaraq Zöhrdən əvvəl və sonra dörd rükət nafilə qılsa, Allah Cəhənnəmi ona haram edər". (ət-Tirmizi, 428).
Əsr namazından əvvəl qılınan nafilə
Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyur­muş­dur: "Əsr (namazın­dan) əvvəl dörd rükət namaz qılan kimsəyə Allah rəhm edər!" (Əbu Dəvud, 1271).
Vitr namazı
Allah Elçisi (salləllahu aleyhi və alihi və səlləm) buyur­muş­dur: "Kim (Vitr namazını) gecənin axır vaxtında qıla bilməməsindən ehti­yat edərsə, onu gecənin ilk vaxtında qılsın. Kim də gecənin axır vaxtında qılmaq istəyərsə, onu gecənin axır vaxtında qılsın. Çünki gecənin axır vaxtında qılınan namazın şahidləri olur və bu daha fəzilətlidir". (Muslim, 1255).
"Ey Quran əhli, Vitr namazını qılın! Allah Vitrdir (Təkdir) və Vitr (namazını) sevir". (Əbu Dəvud, 1416).
Duha namazı
Duha - Səhər gündüzün başlanğıcına deyilir. Duha namazının vaxtı isə günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan sonra - yəni, təqribən günəş çıxdıqdan 15 dəqiqə sonra günəş səmanın ortasına - zenitə yüksəlməsindən bir az əvvələdək - təqribən 15 dəqiqə qabaq
Allah Elçisi (salləllahu aleyhi və səlləm) Uca Allahın belə buyurduğunu xəbər verdi: "Ey Adəm oğlu! Günün əvvəlində Mənim üçün dörd rükət namaz qıl ki, günün sonuna­dək səni qoruyum". (ət-Tirmizi, 475).
Allah Elçisi (salləllahu aleyhi və səlləm) de­miş­dir: "Kim dörd rükət Duha nama­zı və dörd rükət Zöhr namazından əvvəl namaz qılarsa, buna görə onun üçün Cənnətdə bir ev tikilər". (ət-Tabərani: "Mu'cəmul-Əvsat", 4753).
Allah Elçisi (salləllahu aleyhi və səlləm) bu­yur­muş­­dur: "Sizdən biri hər bir sümüyü bir sədəqə borcu olduğu halda səhə­rə çıxır. Hər təsbih (Subhəənəllaah demək) sədəqədir, hər təhmid (Əl­həm­du­lilləəh demək) sədəqədir, hər təhlil (lə iləəhə illəllaah demək) sədə­qədir, hər tək­bir (Allahu Əkbər demək) sədəqədir. Yaxşı işlər görməyi əmr etmək sədəqədir, pis əməllərdən çəkindirmək sədəqədir. Duha vaxtı qılınan iki rükət namaz isə bunların hamısını əvəz edir". (Muslim, 720, 1181).
Təravih namazı
Peyğəmbər (salləllahu aleyhi və səlləm) de­miş­dir: "Kim Ramazan ge­cə­lə­rin­də imanla, mükafatını (yalnız Allahdan) uma­raq nafilə namazları qılsa, keç­miş günahları bağışlanar". (əl-Buxari, 37).
"Kim imamla birlikdə namaza başlayar və onunla birlikdə bitirərsə, ona gecəni namazla keçirmə­yin savabı yazılar!" (ət-Tirmizi, 806).
Qiyamı uzun olan namaz
Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurdu: "Ən fəzilətli namaz qiyamı uzun olandır". (Muslim: 756, 1257).
Davudun (Ona Allahın salamı olsun) namazı
Peyğəm­bər (salləllahu aleyhi və səlləm) ona demiş­dir: "Alla­hın ən çox xoşuna gələn namaz Davudun (Allahın ona salamı olsun) qıldığı namaz, ən çox xoşuna gə­lən oruc isə Davu­dun (aleyhis-sələm) tutduğu orucdur. Davud (aleyhis-sələm) gecənin yarısını yatar, sonra qal­xıb onun üçdə birini namaz qılar, sonra da yerdə qalan altıda birini yatardı. Oru­cu da günaşırı tutardı". (əl-Buxari, 1131).
Evdən çıxdıqda və evə girdikdə qılınan namaz
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Evindən çıxdıqda iki rükət namaz qıl, bu səni çöldəki pisliklərdən qoruyar. Evinə daxil olduqda da iki rükət namaz qıl, bu səni evdəki pis hadisələrdən qoruyar". (əl-Bəzzar, 8567).
Dəstəmaz namazı
Əbu Hureyra (Allah ondan razı olsun) belə rəvayət edir: "Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Sübh namazı vaxtı Bilala belə buyurdu: "Ey Bilal, mənə İslamda sənə fayda verəcəyinə daha çox ümid bəslədiyin bir əməlini söylə! Çünki, mən bu gecə Cənnətdə qarşımda sənin səndəlinin tıqqıltısını eşitdim". Bilal dedi: "Gecənin və gündüzün hər hansı bir vaxtı tam şəkildə dəstəmaz alaraq Allahın mənə yazdığı qədər namaz qılmağımdan İslamda mənə fayda verəcəyinə daha çox ümid bəslədiyim başqa bir əməl etmədim". (Muslim, 6478).
Təklikdə qılınan nafilə namazlarının fəziləti
Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Fərz namazı nafilə namazından üstün oldüğü kimi, kişinin evində qıl­dığı nafilə namazı da insanların yanında qıldığı (nafilə) namazdan üs­tün­dür". (ət-Tabərani: "Mu'cəmul-Kəbir", 7322).
"Bir kişinin təklikdə qıldığı nafilə namazı, insan­ların gözü önündə qıldığı iyirmi beş (nafilə) namaza bərabərdir". (əd-Deyləmi: "Musnədul-Firdəvs", 2/ 244).
Peyğəmbərimizin (Ona Allahın salavatı və salamı olsun) belə dediyi rəvayət olunur: "Allah buyurur: "Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona hərb elan edərəm. Qulumun Mənə sevimli olan və onun vasi­təsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyur­du­ğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm, sığınacaq istəsə, ona sı­ğınacaq verərəm. Mən görəcəyim bir işdə, ölmək istəməyən mö­mi­nin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəd­düd etmirəm. Çünki Mən ona yamanlıq etmək istəmirəm". (əl-Buxari: 6021, 6502).
Bunları davamlı olaraq qılmaq qulun dərəcəsini artırır və günahlarının bağışlanmasına səbəb olur.
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: "Qiyamət günü bəndənin hesaba çəkiləcəyi ilk əməli namazdır. Əgər namazları qaydasında olsa, uğur qazanar və nicat tapar. Əgər namazları qay­dasında olmasa, ziyana uğrayar. Əgər fərz namazla­rından bir şey əskik olsa, Uca Rəbb belə buyurar: "Baxın, qulumun nafilə na­mazları varmı?" Belə­lik­lə nafilələrlə fərzlərindən əskik olanı tamamlanacaq. Sonra digər əməlləri də bu cür hesaba çəkiləcək". (ət-Tirmizi, 413).

2178 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___