Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kəbədə foto və video çəkənlər cəzalanacaq
Tarix: 23-11-2017 | Saat: 12:32
Bölmə:Karusel / Dünya | çapa göndər



Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi tərəfindən Məkkə şəhərində yerləşən Məscid-i Haram (Kəbə) və Mədinə şəhərində yerləşən Məscid-i Nebevi içində və bu ibadətxanaların ərazisinə aid açıq və qapalı yerlərdə foto və video çəkilməsinə qadağa  qoyulacağını bildirib.
 
Qadağa bütün ziyarətçilərə, eyni zamanda media nümayəndələrinə də şamil edilir. Qadağa müqəddəs yerləri qorumaq məqsədi ilə qoyulub.
 
Ziyarətçilərin Məscid-i Haram və Məscid-i Nebevinin içərisində gəldikləri ölkələrin bayraqlarını yuxarı qaldırması, bu şəkildə xatirə şəkillərin çəkilməsi və danışıqlarla adı çəkilən məkanlarda zəvvarların narahat edildiyi vurğulanıb. Ziyarətçilərə əvvəllər bu məsələ ilə bağlı hər hansı xəbərdarlıq edilməmişdi. 

Krallığın Xarici Nazirliyi tərəfindən verilən sərəncamda ibadətlərin daha sağlam şəkildə yerinə yetirilməsi üçün qüvvəyə minən qanuna qarşı çıxanların foto və video çəkmə qabiliyyəti olan cihazları müsadirə olunacaq və qanun çərçivəsində tədbir görüləcək. Ziyarətçi göndərən ölkələrin də öz vətəndaşlarını məlumatlandırması tələb olunub. 



4208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___