Bakıda "metro işgəncəsi" nə vaxt bitəcək? - Gecikən qatarlar, sıxlıq...
Tarix: 03-11-2017 | Saat: 14:10
Bölmə:Karusel / Gündəm | çapa göndər
Son günlər Bakı metrosundan istifadə edən sərnişinlər səhər saatlarında problemlərlə üzləşir.
Buna səbəb metroda yaranan nasazlıqla bağlı qatarların gecikməsi olur. 2 dəqiqəlik interval 8, 10 dəqiqəyə kimi uzanır. Bu da metroda sıxlığın yaranmasına, işə, dərsə gedən insanların gecikməsinə səbəb olur.
Təəssüflər olsun, ötən gün də Bakı metrosunda növbəti dəfə problem yaranıb. Belə ki, platformaya yerləşməyən insanlar turniketlərin yanına kimi növbə gözləyib. Qatarlara minə bilməyən sərnişinlərin əksəriyyəti əks istiqamətdə hərəkət edən qatarlara minərək Həzi Aslanova gedib, yenidən qayıtmaq məcburiyyətində qalıblar. "28 May" stansiyasında isə çaşqınlıq yaranıb. Sərnişinlərə metronun "İçəri Şəhər" və ya "Dərnəgül" istiqamətinə gedəcəyi barədə dəqiq məlumat verilməyib.Tabloda bir şey yazılsa da, qatarın sonradan başqa istiqamətə hərəkət etdiyi açıqlanıb. Yaranmış sıxlıq nəticəsində bəzi sərnişinlərin halı pisləşib.
Baş verən problemlə bağlı sərnişinlər sosial şəbəkədə iradlarını bildirməyə başlayıblar.
Məsələ ilə bağlı açıqlama verən "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, insanların haqlı iradları var:
“Dünən baş verən hadisə ilə bağlı konkret səbəblər var. Qatar xarab olmuşdu. Təhlükəsizliklə əlaqədar onu xəttəndan çıxarmalı idik. Amma o biri sərnişinlərin gözləməsi üçün “Neftçilər” və “Əhmədli” stansiyasından qatarlar verdik. Hadisə sadəcə olaraq pik saata təsadüf etdi. Sərnişinlər də haqlıdır. İşə gedəni, tələsəni var, sıxlıq yaranır. Amma nəzərə almaq lazımdır ki, bu, hər gün baş verə bilən proses deyil və sırf texniki nasazlıqla bağlıdır. Yəni ki, kiminsə səhlənkarlığı nəticəsində yaranmayıb. Biz tənqidə hər zaman açığıq. Mən özüm də daim sosial şəbəkədəyəm. Sosial şəbəkədə metro ilə bağlı qeyd olunan bütün məlumatların hər biri bizdə qeydiyyata alınır. Hər hansı bir problem, qüsurumuz varsa, aradan qaldırılır”.
Xəbəri paylaş
9178 dəfə oxunub.
Digər xəbərlər

26-06-2020, 19:58
Uşaqlarımızı qorumaq üçün...
25-11-2017, 11:01
Həbsdə saxlanılma müddətinin uzadılması qaydası dəyişdirilir
29-11-2016, 20:59
Qadın sərnişin özünü təyyarədən yerə atdı
21-07-2018, 10:55
Aygün yenə görünüşü ilə təəccübləndirdi - Foto
1-08-2015, 15:15
Qüdsdə gey-parad zamanı fövqəladə hal - VİDEO
19-06-2021, 11:57
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb - FOTO
16-02-2020, 01:13
İlham Əliyev Paşinyanın yalanını belə ifşa etdi - VİDEO
15-01-2017, 21:36
Şəhid olan hərbçimiz 5 gün əvvəl ata olmuşdu - Dəfndən FOTOLAR
10-02-2021, 22:07
Vətəndaşları "sayğac əməliyyatı" ilə bezdirən “Azəriqaz”ın sədr müavininin BİZNES ŞƏBƏKƏSİ - İLGİNC FAKTLAR
8-09-2022, 13:06
Orqanizmdə möcüzələr yaradan SEHRLİ BİTKİ - İNANILMAZ NƏTİCƏ