Qubada ayını öldürüb dərisini soydular - Foto
Tarix: 03-11-2017 | Saat: 10:02
Bölmə:Karusel / Hadisə | çapa göndər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən nəzarət etdikləri inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Şabran) “Ətraf mühitin mühafizəsi haqqında”Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Quba rayonunda keçirilən reyd zamanı şöbənin əməkdaşları meşəlik ərazidə Cimi çayının sol tərəfində 3 nəfər atlının yüklü halda hərəkət etdiyini görərək onlarla danışmaq istəyiblər, lakin həmin şəxslər xurcunları və kisələri ataraq ərazidən uzaqlaşıblar.
Xurcun və kisələrin atıldığı əraziyə keçirilən baxış zamanı kisələrin içində adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş qonur ayının boğazından kəsilmiş başı üstündə olan dərisi, hissələrə bölünmüş əti, ov alətləri və bir qədər aralıda ov tulası aşkar edilib. Ovlanmış ayının dərisi, əti və ov alətləri maddi sübut kimi götürülüb. Faktla bağlı akt tərtib olunub.
İlkin araşdırmalara görə qanun pozucularının Quba rayonu Qonaqkənd sakinləri Fariz Rəhmanov, Aydın Nəsirov və Cimi kənd sakini Pirməhəmməd Nemətov olduğu müəyyən edilib.
Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Xəbəri paylaş
6998 dəfə oxunub.
Digər xəbərlər

17-04-2016, 14:19
Sabahın hava proqnozu
3-09-2023, 15:53
Təhminə ilə Tiktokda tanış olduq, məni evlərinə çağırdı - Azərbaycanda ərli qadından ağlasığmaz əməl
6-08-2019, 10:57
Beynəlxalq nüfuza malik "Abu Dhabi national Pro" ilk dəfə Azərbaycanda keçirildi - Fotolar
15-01-2017, 11:34
Bakıda güclü yanğın: ölən var
7-01-2017, 11:49
Türkiyə İŞİD dronlarını məhv etdi: 21 ölü
20-09-2022, 11:12
Banan qabığı ilə yeyilməlidir. Mütəxəssislərdən tövsiyə
22-04-2017, 12:52
Bakıda güclü külək əsəcək, bəzi yerlərdə yağış yağacaq
7-08-2015, 12:53
Dəmirdaş Avropaya yalvardı - "Türkiyəni durdurun"