Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Pulumuz verilmir, toyumu necə edim?" - MÜSAHİBƏ
Tarix: 14-10-2017 | Saat: 09:21
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər



Premyer Liqanın VIII turunda öz meydanında  “Qarabağ”a 0:2 hesabı ilə uduzan “İnter”in qapıçısı Orxan Sadıqlı matçdan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
 
- Son dəqiqədə gələn qollarla yenildiniz. Bunu ikiqat zərbə hesab etmək olarmı?
- Bezmişik. İkinci qoldan sonra ümumiyyətlə futbol oynamaq istəmirəm (səsi titrəyir). Gücüm çatmır, bu qədərini edirik. 12 futbolçumuz var. Neynəyək, qışa qədər dözməliyik. Danışılası çox şey var, amma komandanın daxilində qalsa yaxşıdı. Əlimizdən gələni etdik, amma artığı alınmır. Gücümüz tükənib.
 
- Gücünüzün tükənməsi maddi məsələlərlə bağlıdı?
- Bunun təsiri var. İlk işim futboldu, qazancım da burdan çıxır. Başqa yerdən gəlirim olsaydı, fikirləşməzdim. Hər kəsin ailəsi, ehtiyaclarını ödəməli olduğu ailə üzvləri var. Biz burdan qazandığımızla evə çörək aparırıq. Pul ala bilməyəndə isə, necə olacağını düşünürsən. Fikrin gedir başqa aləmə. Bu da hər şeyə təri edir.  
 
- Bəlkə haqqını almaq üçün oyuna çıxmayasınız?
- Bu çarə deyil. Əksinə, özümə ziyandı. Oyuna çıxmasam nə dəyişəcək ki? Bunu etsək, futbolumuza ziyandı. Gərək hər şeyi komanda olaraq daxildə həll edək. Onsuz da qışa qədər oynamalıyıq. Amma bu vəziyyət çıxışımıza çox pis təsir edir.
 
- Deməli, rəhbərlik hər dəfə sizi aldadır?
- İki aydı maaş almırıq. Bir söz deyim, toyumu buna görə məhərrəmlik ayından sonraya saxladım. Pulumuz verilmir, toyumu necə edim? Təkcə mən deyiləm bu vəziyyətdə olan, komandanın hər bir üzvü bu durumdadı. Hər kəs 3-4 ailəyə baxır. Görün maaşların verilməməsi nə qədər insana təsir edir. Bu vəziyyət “Xəzər Lənkəran”da da yaşandı. Ordan bura gəldim ki, 5 manat qazanım, burda da belə qazandım. Yeznəmə mənə iş axtarır. Artıq fikrimizi belə şeylərə yönəltmişik.
 
- Qışda getmək haqda düşünürsüz?
- Hamımızın klubla müqaviləmiz var. Getmək istəyən rəhbərliklə razılaşmalıdı. Bunu zamanı gələndə biləcəyik ki, kim qalır, kim gedir.
 
- Qışdan sonra nəyinsə dəyişəcəyinə ümid edirsiniz?
- Nələrsə dəyişməlidi, belə davam etməz.
 
- “Xəzər Lənkəran”ın aqibətinin “İnter”i də gözlədiyini demək olarmı?
- Həmin situasiya yaranıb. Əlbəttə, ola bilər. “İnter”də dağılsa, futbolumuz hara gedəcək. Biz işimizi görməliyik. Klubun yaşayıb-yaşamayacağı ilə rəhbərlik məşğul olacaq.
 
- Oyunlara sizi nə kökləyə bilər?
- Stimul olmalıdı. Maaşımızı vaxtında almalıyıq, qələbəyə görə mükafat təyin edilməlidi. Ailəli insanlar var. Heç birimizin cibinə atamız hər gün 500 manat qoymur ki, get, xərclə. Zaur müəllim (Zaur Axundov “İnter”in Müşahidə Şurasının sədri) Azərbaycanda yoxdu, döndükdən sonra maaşlar verilməlidi.



4118 dəfə oxunub.

Digər xəbərlər
13-12-2015, 10:21 2 ev tamamilə yandı

bütün xəbərlər
____ Instagram ___