Səlim Müslümov pensiyaların artacağını təsdiqlədi
Tarix: 06-10-2017 | Saat: 19:59
Bölmə:Karusel / Gündəm | çapa göndər
Nazir xatırladıb ki, 2017-ci il iyunun 1-dən "Əmək pensiyaları haqqında" qanuna müvafiq dəyişikliklər edilib: "Artıq pensiyaların artımının yeni forması qanunla müəyyənləşdirilib. Bu da ondan ibarətdir ki, hər ilin əvvəlində əvvəlki il əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyanın bütün məbləği indeksləşdiriləcək. Biz ilin sonunda Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkədə orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat alacağıq və həmin səviyyəyə uyğun olaraq əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi barədə müvafiq təklifi dövlət başçımıza təqdim edəcəyik".
S.Müslümov hesab edir ki, bu, düzgün metoddur. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində əmək pensiyalarının artımı bu formada həyata keçirilir: "Çünki yeni edilən dəyişikliklərə görə artıq əmək pensiyalarının baza hissəsi deyilən bir anlayış yoxdur. Əvvəllər baza hissəsi cənab Prezidentin müvafiq sərancamına görə artırılırdı, sığorta hissəsi isə ölkədə infliyasiya faizinə uyğun olaraq indeksləşdirilirdi. Artıq baza hissəsi deyilən bir anlayış yoxdur, əmək pensiyalarının tam məbləği var. Bu məbləğin indeksləşdirilməsi lazımdı və bu indeksləşdirmədə ölkədə orta aylıq əmək haqqının illik artımının faizi əsas götürülüb".
Nazir bildirib ki, bundan başqa, ayrı-ayrı insanların individual, yəni fərdi hesablarına daha çox vəsait toplamalarına hər cür şərait yaradılıb. S.Müslümov vurğulayıb ki, onların pensiyalarının artımı buna bağlıdır: "Eyni zamanda yeni qanuna görə sosial sığorta hesabları fərdi hesaba açıqdır. Yəni istənilən şəxs bank vasitəsilə ora vəsait köçürə bilər və bu yolla da özlərinin pensiyasının artımına nail ola bilərlər”.
Xəbəri paylaş
1 1678 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-10-2017 | Saat: 19:59
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi ilə bağlı layihə ilin sonunadək Prezident Administrasiyasına təqdim olunacaq".
Bunu İstanbulda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. (Report)Nazir xatırladıb ki, 2017-ci il iyunun 1-dən "Əmək pensiyaları haqqında" qanuna müvafiq dəyişikliklər edilib: "Artıq pensiyaların artımının yeni forması qanunla müəyyənləşdirilib. Bu da ondan ibarətdir ki, hər ilin əvvəlində əvvəlki il əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyanın bütün məbləği indeksləşdiriləcək. Biz ilin sonunda Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkədə orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat alacağıq və həmin səviyyəyə uyğun olaraq əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi barədə müvafiq təklifi dövlət başçımıza təqdim edəcəyik".
S.Müslümov hesab edir ki, bu, düzgün metoddur. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində əmək pensiyalarının artımı bu formada həyata keçirilir: "Çünki yeni edilən dəyişikliklərə görə artıq əmək pensiyalarının baza hissəsi deyilən bir anlayış yoxdur. Əvvəllər baza hissəsi cənab Prezidentin müvafiq sərancamına görə artırılırdı, sığorta hissəsi isə ölkədə infliyasiya faizinə uyğun olaraq indeksləşdirilirdi. Artıq baza hissəsi deyilən bir anlayış yoxdur, əmək pensiyalarının tam məbləği var. Bu məbləğin indeksləşdirilməsi lazımdı və bu indeksləşdirmədə ölkədə orta aylıq əmək haqqının illik artımının faizi əsas götürülüb".
Nazir bildirib ki, bundan başqa, ayrı-ayrı insanların individual, yəni fərdi hesablarına daha çox vəsait toplamalarına hər cür şərait yaradılıb. S.Müslümov vurğulayıb ki, onların pensiyalarının artımı buna bağlıdır: "Eyni zamanda yeni qanuna görə sosial sığorta hesabları fərdi hesaba açıqdır. Yəni istənilən şəxs bank vasitəsilə ora vəsait köçürə bilər və bu yolla da özlərinin pensiyasının artımına nail ola bilərlər”.
Xəbəri paylaş
Digər xəbərlər
25-03-2015, 01:06
"Rabitə" Krasnodardan məğlub qayıdır
5-12-2017, 16:57
Rəssam Səadətin yeni layihəsi – "Tapar məni" – FOTOSESSİYA
20-07-2015, 10:09
İŞİD bu dəfə olimpiya stadionunu partlatdı
5-12-2018, 10:45
Gəlininin saçını qırxan qayınana: "Anası dedi öldür qızımı"
19-03-2019, 18:41
Mart ayı üzrə pensiyaların ödənişi başa çatdırıldı
13-11-2015, 13:46
Cazibədar münsifin rəqsi nəfəs kəsdi - VİDEO
24-03-2017, 17:38
Ən çox evlənib-boşanan məşhurlarımız - Kimi 3, kimi də 4 dəfə...
31-03-2018, 12:28
Mart ayında ermənilər atəşkəsi 3146 dəfə pozub
23-05-2019, 12:52
Təhsil Nazirliyi: "Yalnız 2012-ci ildən sonra kolleci bitirənlər ali məktəbə imtahansız qəbul olunacaq"
19-09-2019, 02:35
Xərçəngə qalib gələn müğənnidən kişilərə məsləhət