DİN azərbaycanlı futbolçunun həbsi ilə bağlı məlumat yaydı
Tarix: 18-09-2017 | Saat: 12:32
Bölmə:Karusel / Hadisə | çapa göndər
Daxili İşlər Nazirliyi Sumqayıtda oğurluqla məşğul olan şəxslərin tutulması ilə bağlı məlumat yayıb. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.
Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib. Hər iki şəxs tutulub.
Qeyd edək ki, tutulan şəxslər arasında olan Nicat Muxtarov peşəkar futbolçudur və “Sumqayıt” futbol klubunun oyunçusudur.
*****
10:41
"Sumqayıt" klubunun futbolçusu Nicat Muxtarov saxlanılıb.
22 yaşlı yarımmüdafiəçi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində oğurluq törətməsi səbəbindən yaxalanıb.
Belə ki, polis həmin ərazidə telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvlərini ələ keçirib. Tutulan dəstə üzvlərindən biri isə N.Muxtarovdur.
Dəstə üzvləri ötən gün səhər saatlarında yerli polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulublar.
Məlumat Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən də təsdiqlənib. Bölmədən bildirilib ki, hazırda fakt üzrə istintaq aparılır.
"Sumqayıt" klubunun meneceri Ceyhun Sultanov isə hadisədən xəbərsiz olduğunu söyləyib. O, Muxtarovun bir neçə gündür məşqlərə qatılmadığını da əlavə edib: "Atası Asif Muxtarov bir neçə gün əvvəl zəng edib demişdi ki, oğlum xəstədir, ona görə məşqlərə gələ bilmir".
Qeyd edək ki, Nicat Muxtarov əvvəllər Zaqatalanın "Simurq", Bakının "Rəvan", eləcə də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında da forma geyinib. O, "Sumqayıt"a 2015-ci ilin yayında keçib.
Xəbəri paylaş
5988 dəfə oxunub.
Digər xəbərlər

16-07-2021, 11:34
Almaniya və Belçika aciz durumda: həlak olanların sayı 90-i ötüb - Yüzlərlə itkin var
15-10-2023, 11:34
Bakıda böyük söküntü olacaq rayonların adları açıqlandı
17-01-2019, 16:35
Güclü küləyin əsməsi nəticəsində bu saata qədər xəsarət alan olmayıb - Səhiyyə Nazirliyi
22-01-2016, 13:04
İdmançıların qələbə sevincini siz hələ belə görməmisiz VİDEO
7-05-2016, 00:13
Neftin qiymətindən nə xəbər?
1-09-2022, 11:46
Göyçayda direktor ilk iş günü məktəbdən qovuldu - QALMAQAL
24-02-2016, 08:28
Kişini özünə aşiq etmək istəyirsənsə…
4-04-2015, 18:16
Qadınları Türkiyəyə Fahişəlik etməyə aparan xanım tutldu