“Astan Şahverdiyev deputat mandatını itirəcək”- Sədrdən sərt açıqlama
Tarix: 07-08-2017 | Saat: 20:03
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər
Milli Məclisin İntizam komissiyası növbəti dəfə qalmaqallı fikirlər səsləndirən deputat Astan Şahverdiyevə görə toplanacaq.
“Xəbəraz.Az” xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev deyib.
Deputat bildirib ki, Astan Şahverdiyev səsləndirdiyi fikirlərlə bir neçə dəfə qalmaqal yaradıb: “Ötən dəfə Astan Şahverdiyev fikirlərinə görə xalqdan üzr də istəmişdi. İndi yenidən qalmaqal yaradıb”.
A.Abıyev deyib ki, İntizam komissiyası deputatlar işə qayıdan kimi bu məsələ ilə bağlı toplanacaq: “Hazırda deputatlar tətildədir. Bizim komissiyanın 7 üzvü var. Sentyabrda komissiya üzvləri bir araya gələcək və bu məsələyə baxılacaq. Nə lazımdırsa, o da olacaq.
Sentyabra kimi cənab Prezident İlham Əliyev “Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunu təsdiq edərsə, İntizam Komissiyası onu deputatlıq mandatından da məhrum edə bilər. Komissiya bu məsələyə baxdıqdan sonra görsə ki, Astan Şahverdiyevin bu çıxışı heç bir çərçivəyə sığmır, sözsüz ki, Şahverdiyev deputat mandatını itirəcək”.
Qeyd edək ki, Milli Məclisin deputatı Astan Şahverdiyev Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı açıqlama verərkən yayılan məlumatları cəfəngiyyat adlandırıb.
O “Saytlar Əli müəllimin nəvəsinə məxsus avtomobilə yüksək qiymətlər qoyurlar. O avtomobilin milyonluq qiyməti yoxdur. Ümumiyyətlə, o hadisədə Nail Allahverdiyevin təqsiri yoxdur. Qəza zamanı avtomobildə Əli müəllimin nəvəsi deyil, sürücü olub. İndi bunu şou etməyin nə mənası var?”-deyib.
Avqustun 7-də isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib ki, qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib.
Məhkəmənin qərarı ilə Nail Allahverdiyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş
7518 dəfə oxunub.
Digər xəbərlər

7-07-2017, 18:13
Argentinalı rəqqasdan Renkaya təklif
29-06-2017, 11:14
22 yaşlı xanım çempionumuz FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTOLAR
27-09-2016, 21:07
ANS-in bağlanmasına sevinən Mətanət: “Allah hamının yerini göstərəndir”
11-07-2023, 18:14
Pomidoru acqarına yeməyin, yoxsa...
30-07-2018, 16:51
Ərdoğan Oktardan danışdı: Qonşum olub, əxlaqsız…
18-09-2021, 12:16
Sahibsiz it kənd sakininin CİNSİYYƏT ORQANINI DİŞLƏDİ - VİDEO
1-10-2021, 09:52
Goranboyun icra başçısı və Təhsil Şöbəsinin müdiri vətəndaşı İNTİHARA məcbur edir – ŞOK İDDİA
22-02-2016, 13:50
“Dünya müharibəsi başladı” - Avropa təşviş içində
21-02-2023, 10:50
10 yaşlı uşaq atasını bıçaqladı - Onunla oynamadığı üçün