Azərbaycanlı müğənninin həbsxanadakı əri azadlığa buraxıldı
Tarix: 16-07-2017 | Saat: 11:22
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
Müğənni Zenfira İbrahimovanın idmançı əri Anar Heydərov azadlığa buraxılıb.
İfaçının həyat yoldaşı bu gün həbsdən azad edilib. Azadlığa çıxan Anar həbs edilməsinə görə onu qınayanların cavabını belə verib:
"Mənim bu həyatda başıma çox işlər gəlib. Heç də pis olmadım. Qanun hər birimiz üçün keçərlidir. Mən də Azərbaycanın bir oğluyam və elədiyim səhvə görə cəzamı çəkdim. Sosial şəbəkələrdə haqqımda çox rəy yazanlar oldu. Gördüm ki, həbs edilməyim çoxlarının ürəyindən olub. Sadəcə deyirəm ki, Allahınız bilsin. Allah hər sevdiyi bəndəsini sınağa çəkər və gözünü açar. Siz məni sevməsəniz də olar".
Xatırladaq ki, A.Heydərov iyunun 25-də, saat 19:40 radələrində 10 B 216 dövlət nömrə nişanlı motosikleti ilə Zaqulba prospektində üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla" işarəsi verməsinə məhəl qoymayaraq, hərəkəti davam etdirib. Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq baykeri dayandıra biliblər.
Onun sürücülük vəsiqəsində motosiklet idarə etmək üçün müvafiq kateqoriyanın, eləcə də, etibarnamənin olmadığı üzə çıxıb. Anar Heydərovun barəsində toplanmış materiallar Xəzər rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə qərarı ilə A.Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.
Xəbəri paylaş
8728 dəfə oxunub.
Digər xəbərlər

12-05-2016, 19:03
Bakıda Azərbaycan-Rusiya görüşü keçirildi
4-12-2021, 11:22
Qadınlardan taksi sürücüləri ilə bağlı çoxsaylı şikayətlər daxil olur - DİN-dən AÇIQLAMA
26-04-2020, 18:16
Kim Çen Ina nə olub? - Səfir "xəbərim yoxdur" deyir
12-11-2023, 17:12
Yevlaxda 32 yaşlı kişi odlu silahla qətlə yetirilib, saxlanılan var
20-05-2016, 13:34
Diktator siqareti tərgitdi
2-09-2018, 11:36
Putindən Qarabağ açıqlaması: "Mümkün köməyi edəcəyik..."
4-06-2021, 10:41
Bakıda ər xəyanət edən arvadını mağazada yandırdı - TƏFƏRRÜAT
22-10-2019, 17:37
Məşhur stilist özünü şəraitsiz məkanda sınadı-FOTO -VİDEO
5-07-2016, 10:33
Kişi evdə yad adamı görüncə... - Bakıda qətl
20-07-2016, 10:44
Azərbaycanlı müğənni dayı oldu - FOTO