Polisimizdən QÜRURVERİCİ ADDIM: özünü təhlükəyə atıb, iki qadını ölümdən QURTARDI - FOTO
Tarix: 08-07-2017 | Saat: 18:49
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
İyulun 3-dən 4-nə keçən gecə saat 3.30 radələrində Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 39 ünvanında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana tipli binada yanğın baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, binanın bloklarından birinin 5-ci mərtəbəsindəki 4 mənzili alov bürüyüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülüb. Eyni zamanda, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti dərhal həyəcan siqnalı ilə yanğın baş verən ünvana gəlib.
Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Əkrəm Dərxot 5-ci mərtəbədəki mənzillərdən birində köməksiz vəziyyətdə qalan 2 qadının həyatını xilas edib. Qadınlardan biri astma xəstəliyindən əziyyət çəkib. Həmin qadının dərmanı mənzildə qaldığı üçün, polis əməkdaşı növbəti dəfə həmin mənzilə qalxıb. Polis əməkdaşı dərmanı qadına verəndə huşunu itirib.
Ə.Dərxot Dərhal Təcili Tibbi Yardım maşını ilə Respublika Toksikologiya Mərkəzinə çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra DİN-in A. Heydərov adına Respublika Hospitalına yerləşdirilib. Ə. Dərxotun həyatı üçün təhlükə yoxdur.
Xəbəri paylaş
1 2348 dəfə oxunub.
Digər xəbərlər

5-05-2022, 09:15
Dünya səbirsizliklə "9 may"ı gözləyir - Rusiya "qiyamət təyyarə"sini meydana buraxacaq
15-04-2017, 20:14
Qum Saatı verilişi möhtəşəm qonaqlarla bu axşam saat 21:00 da Lider Tv-də başlayır
22-04-2016, 16:39
İki qardaşı güllələyib öldürənə ömürlük cəza verildi
26-02-2019, 10:42
Xocalı soyqırımından 27 il ötür
6-09-2015, 13:37
“Uzun fasilədən sonra yenədə qayıdıram...”
10-03-2021, 13:41
“EDU Gallery”dən FIRILDAQÇILIQ: 5000 dollar... - İTTİHAM
14-11-2015, 21:20
Kişilər ev işləri görərkən daha seksual görünürlər - fotolar