Azərbaycanlı biznesmenin diri-diri basdırılması əmrini BAKIDA həbsdə olan AVTORİTET VERİB - ŞOK TƏFƏRRÜAT
Tarix: 21-06-2017 | Saat: 12:46
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Moskvada azərbaycanlı iş adamı Hikmət Salayevin diri-diri qəbiristanlıqda basdırılması ilə bağlı yeni təfərrüatlar məlum olub.
Ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti iş adamının diri-diri basdırılması hazırda Azərbaycanda həbsdə olan “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) sifarişi ilə edilib.
“Cinayət axtarışı üzrə tədqiqatçıları aydınlaşdırıblar ki, hadisəyə beş nəfər cəlb olunub. Onlardan iki nəfəri Moskvada, üçüncüsü isə Dağıstanda saxlanılıb. Daha iki nəfər dövlətlərarası axtarışa verilib. Müəyyən edilib ki, cinayətin sifarişçisi Azərbaycanda həbsdə olan “Lotu Quli” ləqəbli “qanuni oğru”dur”, - xəbərdə deyilir.
Qeyd edək ki, hadisə iyunun 6-da baş verib. Naməlum şəxslər Hikmət Salayevdən 30 milyon rublu geri qaytarmağını tələb ediblər. Lakin borcu vermədiyini gördükdə iş adamını diri-diri mobil telefonu ilə birgə qəbiristanlıqda basdırıblar.
Hikmət Salayev qəbirdən qardaşı İsmayıl Salayevə zəng edərək yardım istəyib. Qardaşı 1,2 milyon rubl, həmçinin özünün BMW-535 markalı avtomobilini borclu olduqları şəxslərə verdikdən sonra cinayətkarlar Hikməti basdırdıqları yeri nişan veriblər. Xəstəxanaya yerləşdirilən Salayevin qabırğası sınıb.
Xəbəri paylaş
7748 dəfə oxunub.
Digər xəbərlər

16-12-2016, 21:59
Azərbaycanlı qızın Türkiyədə faciəvi ölümü - Sevgilisinə mesaj yazdı...
9-08-2016, 03:17
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə
20-12-2015, 00:20
9 aylıq hamilə qadına işgəncə verildi
12-05-2016, 21:46
İran Suriyaya nə qədər döyüşçü göndərib?
4-02-2016, 18:10
““Onlara bir ay vaxt verilib” - Elman Rüstəmov
2-02-2018, 14:37
Prezident TV və radiolarla bağlı qanunu dəyişdi
10-08-2017, 16:09
Azərbaycan güləşçilərinin gecikmiş maaşları ödənildi
17-07-2022, 12:29
Ölümdən başqa bütün xəstəliklərə dərman
26-03-2022, 11:37
Gözəlliyi üçün mənfi 103 dərəcəyə dözdü - Foto