Vaqif Əsədov milyonluq villası xəbərindən danışdı
Tarix: 20-06-2017 | Saat: 17:53
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyi deyilən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun iddia olunan Bakı şəhəri, "NZS” qəsəbəsindəki dəbdəbəli villasının görüntüləri Olke.az-da yayılıb. Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun özünə müraciət etdik.
Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, onun evinin olması ilə bağlı yayılan məlumatlar şayiədir: "Mənim evim yoxdur. Məni tanıyan və ətrafımda olanların hamısı bilir ki, mən harada və kimin evində yaşayıram. Sosial şəbəkələrdə haqqımda yazılanlar ürək bulandırmadan, paxıllıqdan başqa bir şey deyil”.
Vaqif Əsədov sosial şəbəkələrdə yayılmış və onun olması iddia olunan villanın şəkillərinə də münasibət bildirdi. Onun sözlərinə görə, şəkilləri yayılmış villa, əslində, yəhudi dostlarınındır və ona heç bir aidiyyəti yoxdur.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyini də gizlətməyib.
"Hesab edirəm ki, evlər ada görə yox, xidmətlərə və əməyi olanlara verilməlidir. Mən də neçə illərdir ki, mətbuat sahəsində çalışıram. Bu sahədə xidmətlərim varsa, niyə də ev üçün müraciət edənlərdən biri olmayım?”
Vaqif Əsədov həmçinin onun haqqında mənfi məlumatlar yayan saytlara da müraciət etdi: "Deyəsən yay fəsli mediada mövzu qıtlığı yaradıb. İndi belə xəbərlər yaymaqla ictimaiyyətin diqqətini cəlb etmək istəyirlər”.
Xəbəri paylaş
8488 dəfə oxunub.
Digər xəbərlər

22-06-2015, 12:59
"Qarabağ"ın rəqibi kim olacaq? - GÖZLƏR NYONDA
1-05-2015, 21:58
Türkiyənin sevimli pop-divası -bakıda
12-07-2019, 13:48
Milli Məclisin növbədənkənar sessiyası başa çatdı
7-03-2021, 04:52
Bir gündə 353 mindən çox insan COVID-19-a yoluxdu - ÜST
8-07-2019, 11:02
Bakıda polis bölməsində şəhid ailəsi döyüldü? - RƏSMİ AÇIQLAMA
13-05-2017, 16:37
Xoşbəxt nikahın sirrləri
22-11-2018, 11:00
Əhalinin kredit borcu hansı formada silinə bilər?
7-12-2015, 09:11
Bakıda tualetli avtobuslar VIDEO
21-02-2016, 23:31
Yuxusuzluğun fəsadları
21-04-2018, 10:13
Atəşkəs bu gecədə pozulub