Futbolda inqilabi yeniliklər: Qaydalar dəyişir
Tarix: 18-06-2017 | Saat: 08:43
Bölmə:Karusel / İdman | çapa göndər
Beynəlxalq Futbol Federasiyaları Şurası (İFAB) yeni qaydalar təklif etməyə hazırlaşır. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, əgər yeni qaydalar tətbiq olunsa, bu, futbolda inqilaba bərabər dəyişiklik olacaq.
İFAB-ın əsas dəyişikliyi oyun zamanı vaxta nəzarətlə bağlıdır. Belə ki, şura rəsmiləri hesab edirlər ki, bir futbol matçı zamanı təmiz oyun 60 dəqiqə çəkir. Qalan yarım saat isə topun oyundan çıxması, oyunçu dəyişiklikləri, zədələnmələr, müxtəlif zərbələrə hazırlıq və s. üçün sərf olunur. Belə olan halda təklif edilir ki, vaxt 90 dəqiqədən 60 dəqiqəyə qədər azaldılsın, əvəzində isə hakimlər basketbolda olduğu kimi təmiz vaxt hesablasınlar və pauzalar zamanı vaxt dayandırılsın.
Bununla yanaşı, bir neçə dəyişiklik daha təklif edilib.
- Cərimə, künc və ya qapıdan zərbələr zamanı oyunçu özü özünə ötürmə verə bilsin
- Cərimə zərbələrini top hərəkətdə olduğu vaxt da yerinə yetirmək mümkün olsun
- Bilərəkdən əllə oyun üçün cəzalar daha da ciddiləşdirilsin
- Fasilə və ya oyun bitən zaman hakim fitini ancaq top oyunda olmadığı zaman səsləndirsin
Bütün bu dəyişikliklər hələlik reallıqdan uzaqdır. Ancaq yaxın aylarda İFAB toplaşaraq bu dəyişiklikləri müzakirə edəcək və səsə qoyacaq.
Hazırda davam edən Konfederasiyalar Kubokunda İFAB-ın yenicə qəbul edilmiş 3 qaydası tətbiq olunmağa hazırdı:
1. Hakimlərə etiraz etmək hüququ yalnız komandanın kapitanlarına verilib
2. Dəyişiklik zamanı meydanı tərk edən oyunçu ən yaxın yoldan çıxa bilər. Əvvəlki qaydada olduğu kimi mərkəz xətt boyunca hərəkət etməyə gərək yoxdur.
3. Penalti zərbələri indiki kimi şahmat üsulu ardıcıllıqla deyil, tennis “tay-brek”ində olduğu kimi yerinə yetirilməlidi.
Qeyd edək ki, İFAB İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya Futbol Federasiyalarının və FİFA-nın birləşdiyi təşkilatdır. Qurumun əsas vəzifəsi futbol qaydalarını müəyyən etmək və təkmilləşdirməkdən ibarətdir.
Xəbəri paylaş
8188 dəfə oxunub.
Digər xəbərlər

9-12-2016, 11:50
NASA-dan qorxunc açıqlama
29-03-2017, 16:33
Nigar Camalın Londondakı evi - Video
19-06-2016, 21:37
"ŞUŞA-QARABAĞ" PEŞƏKAR FUTBOL KLUBU
10-12-2016, 11:08
Sabiq millət vəkilinin 18 yaşlı nəvəsi intihar etdi
24-10-2016, 18:53
“Efiri toyxanaya çeviriblər” - MTRŞ-dən “Space” TV-yə ittiham + Video
20-03-2018, 15:45
“Qadın yataq otağına girən kimi, 4-5 nəfər gəlib məni apardı”
7-01-2022, 11:40
Azərbaycanda ŞOK: evdən 3 nəfərin meyiti tapıldı
7-11-2016, 14:19
Biləcəri və Xırdalan sakinlərinə şad xəbər