Azərbaycana daxil olan avtomobillərlə bağlı yeni qərar
Tarix: 24-06-2015 | Saat: 22:33
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Yeni qərar qüvvəyə minəcək.
Maliyyə Nazirliyinin Kollegiyası “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nda dəyişiklik edib.
Xeberaz.az xəbər verir ki, APA-nın məlumatına görə, dəyişiklik sərhəd sığorta müqaviləsi üzrə sığorta haqqı ilə bağlıdır.
İndiyə qədər Azərbaycan Respublikasının ərazisinə tranzit məqsədilə daxil olan xarici ölkədə qeydiyyata alınmış avtonəqliyyat vasitələrinin sahibləri ilə bir ay müddətinə bağlanan icbari sığorta müqavilələri üzrə sığorta haqları müvafiq avtonəqliyyat vasitəsinə görə bu Qaydalar əsasında hesablanan bir illik sığorta haqqının 25 faizi həcmində müəyyən edilir. Dəyişikliyə əsasən bundan sonra digər ölkədə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının ərazisinə daxil olarkən sürücüsü tərəfindən “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulmuş Yaşıl Kart təqdim olunmayan avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan sərhəd sığorta müqavilələri üzrə sığorta haqları bu Qayda əsasında müqavilənin müddətindən asılı olaraq müəyyən ediləcək.
Başqa sözlə, bir ay müddətinə bağlanan müqavilələrə münasibətdə bir illik sığorta haqqı məbləğinin 20 faizi, üç ay müddətinə bağlanan müqavilələrə münasibətdə bir illik sığorta haqqı məbləğinin 45 faizi, altı ay müddətinə bağlanan müqavilələrə münasibətdə bir illik sığorta haqqı məbləğinin 70 faizi, on iki ay müddətində bağlanan müqavilələrə münasibətdə bir illik sığorta haqqı məbləğinin 100 faizi nisbətində sığorta haqları müəyyən ediləcək.
Bu qərar 2016-cı ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.
Xəbəri paylaş
6558 dəfə oxunub.
Digər xəbərlər

24-10-2016, 19:04
Bakı Dairəvi Yolundakı çatla bağlı YENİ XƏBƏR - FOTOLAR
14-07-2017, 12:23
"Ganjlik Mall"da qızı döyərək xəstəxanalıq etdilər
12-07-2020, 21:20
ABŞ-da 3,3 milyondan çox insan koronaya yoluxub
6-01-2017, 22:27
Rəqsanə hədələdi: “Sənin dilini boğazından çıxardıb...”
13-05-2017, 12:51
Onun adı Eleonora imiş - Siz də tanıyın
11-04-2022, 10:22
Maaşımızdan hər ay pul tutulur - Əvəzində nə iş görülür? - VİDEO
8-12-2021, 12:02
“Bez bebek”in Yağmuru illər sonra - Fotolar
30-01-2017, 22:23
Bu qız kaninat gözəli seçildi - FOTOLENT
2-08-2017, 21:46
Türkiyə millisinin yeni baş məşqçisi məlum oldu