Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Sovetski”dəki məscidin sökülməsi ilə bağlı rəsmi açıqlamalar – YENİLƏNİB
Tarix: 12-04-2017 | Saat: 15:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Sovetski”dəki məscidin sökülməsi ilə bağlı rəsmi açıqlamalar – YENİLƏNİB

Mədəniyyət və Turizm Nazirliyi “Sovetski” adlanan ərazidəki “Hacı Cavad” məscidinin sökülməsinə münasibət bildirib.

"Xəbəraz.az " BakıPost.az-a istinadən xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şixməmmədov bildirib ki, “Hacı Cavad” məscidi tarixi və qorunan abidələr siyahısından çıxarılıb:

“Abdulla Şaiq və Mustafa Sübhi küçəsində yerləşən məscidlərə mütəxəssislər baxış keçirib. Ötən il artıq mütəxəssislərin rəyi nəticəsində hər iki məscidin dayanaqlılığının zəifliyini nəzərə alaraq, onlar müvafiq qərar əsasında qorunan abidələr siyahısından çıxarılıb”.

14:20

“Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidəki “Hacı Cavad” məscidinin heç bir qeydiyyatı yoxdur”.
"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.

“Sovetski”dəki məscidin sökülməsi ilə bağlı rəsmi açıqlamalar – YENİLƏNİB

O qeyd edib ki, həmin ərazidəki bütün tikililər plana düşüb: “Məscid kimi fəaliyyət göstərən həmin tikili də plana düşənlər siyahısındadır. Tikilinin aqibəti ilə nə qərar qəbul ediləcəksə, o da olacaq”.

S.Bağırov sözügedən ərazidə gərginliyin artması barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib: “Mən də həmin ərazidə olmuşam, orada heç bir gərginlik yoxdur. Qanun nə tələb edirsə, o da olacaq”.

Məsələ ilə bağlı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, həmin məscidlər qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb.

“Sovetski”dəki məscidin sökülməsi ilə bağlı rəsmi açıqlamalar – YENİLƏNİB

Həmin ərazidə yaşayan insanlarla söhbət aparıldığını, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyini, beləliklə sakinlərlə məsələnin razılaşdırıldığını deyən komitə sədri bildirib ki, məsələ ətrafında, din adı altında süni ajiotaj yaratmaq istəyənlər var:

“O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Normal namazlarda isə 3-5 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş məhəllə məscidi deyilən bir yer idi. Ərazinin ətrafında 4 böyük məscid var və necə lazımdırsa fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir”.

Qeyd edək ki, Bakının “Sovetski” adlanan ərazisindəki “Hacı Əbdülrəhimbəy Qulubəyov” məscidi sökülüb, “Hacı Cavad” məscidinin isə sökülməsi nəzərdə tutulur.


Xəbəri paylaş

8668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___