Ata ilə küsülü qalmaq olarmı?
Tarix: 02-04-2017 | Saat: 22:14
Bölmə:Karusel / İbadət | çapa göndər
İstər ata, istərsə də ana xətrinizə dəyəndə, səbrlə və mülayim şəkildə onları başa salmaq lazımdır, lakin, nə ata ilə, nə də ana ilə küsülü qalmaq olmaz. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (əl-İsra, 23).
"Xəbəraz.az "zikr.az-a istinadən bildirir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Rəbbin razılığı valideynlərin razılığı ilə, qəzəbi isə valideynlərin qəzəbi ilədir". (ət-Tirmizi, 1899). Həmçinin, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "Heç bir müsəlmana üç gündən artıq başqa bir müsəlmanla əlaqələri kəsmək halal olmaz. Onlar küsülü qaldıqca, haqdan sapmış olarlar. Onlardan birinci barışanın ilk əvvəl barışığa gəlməsi onun üçün kəffarə olar. Əgər küsülü olduqları halda ölsələr, heç vaxt bir yerdə Cənnətə girməzlər. Onlardan biri digərinə salam verdiyi zaman o adam onun salamını almasa, salam verənin salamını mələk alar, salamı almayanı isə şeytan qarşılayar". (əl-Buxari: "Ədəbu-l-Mufrad", 402). Bu hədis müsəlman qardaşların bir-birindən küsülü qalmasının nə qədər zərərli olmasını göstərir. Şəkk yoxdur ki, ata və ananın övladları üzərində daha çox haqqı vardır. Tezliklə atanızla barışmaq lazımdır. Namazın qəbul olmasına gəldikdə isə, onu qəbul edən Allahdır.
Xəbəri paylaş
9198 dəfə oxunub.
Digər xəbərlər

19-03-2021, 15:09
Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
10-08-2016, 10:51
Rio-2016: 20 min qadını MƏST EDƏN OĞLAN - VİDEO
10-07-2015, 19:25
"WizzAir"in Bakıya reysləri bərpa ediləcək
18-02-2020, 23:48
İçki, tütün və qida məhsullarının istehsalı artdı
9-05-2018, 20:00
15 yaşlı qıza təcavüz edildi - Sumqayıtda şok hadisə
12-03-2017, 23:17
Efiopiyada zibil yığınının altında qalaraq ölənlərin sayı 46-ya çatıb
1-07-2015, 13:23
Deputatın qohumu qumarda 200 minlik ev uduzub