Bakının bu hissəsi su altında qala bilər - TƏHLÜKƏ
Tarix: 28-03-2017 | Saat: 17:34
Bölmə:Karusel / Hadisə | çapa göndər
"Abşeron göllərində, əsasən Zabrat və Məhəmmədi göllərində suyun səviyyəsi azalmayıb. Göllərdən kənara axın olmadığından səviyyə əvvəlki vəziyyətdədir. Subasmalar, evlərin, zirzəmilərin su ilə dolması halları qalmaqdadır".
"Xəbəraz.az "xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ekspedisiya rəisi qeyd edib ki, Məhəmmədi gölündə suyun səviyyəsinin sabit saxlanılması üçün mütləq kollektor olmalıdır: "Bu olmasa, göldə suyun səviyyəsi daha da çoxalacaq. Məhəmmədi gölünün suyu hər hansı bir yerə axmır. Gölün qarşısı açıq olmalıdır ki, su getsin. Əksinə, hər gün gölə kanalizasiya suları axıdılır. Hazırda da buxarlanma yoxdur. Əvvəllər göldə suyun səviyyəsi qalxanda su ötürücülərlə vasitəsi ilə dənizə axıdılıb. Buna görə göldə suyun səviyyəsi sabit qalıb. Sonradan isə su ötürücü kanalın ağzı örtülüb, gölün axarı kəsilib, göl də təbii olaraq dolmağa başlayıb".
Qeyd edək ki, Bakı İstintaq Təcridxanası Məhəmmədi gölünün yaxınlığında yerləşir.
Xəbəri paylaş
9468 dəfə oxunub.
Digər xəbərlər

24-03-2016, 11:48
"Playboy"un seksual gözəli siyasətçi olur - Fotolar
13-09-2017, 21:38
Azərbaycanlı tanınmış müğənni həbs oluna bilər
2-01-2017, 12:05
Səngəçaldakı qəzayla bağlı SOCAR-dan AÇIQLAMA
8-07-2017, 12:29
Balaca Zəhranın qətlinə görə etirazlar BMT-yə də çatdı - FOTO
12-08-2022, 11:23
Məktəbli formaları bu tarixdə SATIŞA ÇIXARILIR
19-06-2019, 11:17
Maaşlar nə qədər artacaq? - Nazirlik açıqladı
20-07-2017, 10:44
Yanlış qidalanmanın uşaqlarda yaratdığı xəstəliklər
19-04-2015, 01:20
Qadın küçəyə çıxarkən geyimi necə olmalıdır?
22-06-2023, 11:13
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlandı - FƏTVA
21-03-2015, 12:03
Türkiyədə dəhşətli cinayət: Uşaq məndən deyil dedi və hamilə arvadını öldürdü - VİDEO