Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
3-4 diş sarımsağı südlə qaynadın və... – XIRILTIDAN QURTULUN
Tarix: 07-03-2017 | Saat: 10:47
Bölmə:Karusel / Maraqlı | çapa göndər

3-4 diş sarımsağı südlə qaynadın və... – XIRILTIDAN QURTULUN

Tənəffüs yolları müxtəlif səbəblərdən tıxandığı vaxt nəfəs alıb-verdikdə xırıltılı eşidilir. Bunun öhdəsindən necə gəlmək olar? Sinədəki xırıltını aradan qaldıran təbii üsullarla sizi tanış edirik.

Buxar müalicəsi

Xırıltıdan xilas olmağın ən praktik yolu buxar müalicəsidir. Buxar bəlğəmdən qurtulmağı təmin edir və tənəffüs yollarındakı tıxanıqlığı azaldır. Bunun üçün böyük bir qaba qaynar su doldurun. İstəsəniz, bir neçə damcı nanə yağı və ya okaliptus yağı tökün. Bir neçə qaşıq karbonat da tökə bilərsiniz. Buxarın yayılmaması üçün başınıza bir dəsmal örtüb qaba doğru əyilin. 10-15 dəqiqə müddətində buxarı içinizə çəkin.

İsti duş

Buxar müalicəsi kimi isti duş da nəfəsi açmaq və xırıltını azaltmaq üçün təsirli üsuldur. İsti duş bəlğəmi yumşaldaraq tənəffüs yollarını açır. Hamamda saunaya bənzər mühit yaratmaq üçün duşun qapısını bağlayıb isti suyu açın. 5-10 dəqiqə duş qəbul edin. Gündə 2-3 dəfə təkrarlaya bilərsiniz.

İsti içkilər

Hər cür isti içki bədənin su ehtiyacını qarşılamağınıza kömək olacaq. İsti içkilər içmək tənəffüs yollarını rahatlaşdırar, xırıltını azaldar. Ən yaxşı variant bir miqdar limon suyu ilə isti su içməkdir. Zəncəfil, çobanyastığı və ya biyan kökü kimi bitki çayları da işinizə yarayar. Başqa bir variant isə isti şorbadır.

Alma sirkəsi

Ən yaxşı nəticəni əldə etmək üçün alma sirkəsindən istifadə etməlisiniz. Alma sirkəsi bədənin pH tarazlığını təmin etməyə və toksinlərin atılmasına kömək olar. Eyni zamanda, tərkibindəki qidalandırıcılar sayəsində tənəffüs sistemini dəstəkləyir. 2 yemək qaşığı alma sirkəsini bir stəkan suya əlavə edib qarışdırın. 1 qaşıq da bal əlavə etdikdən sonra gündə 2 dəfə için.

Zəncəfil

Tənəffüs yolları üçün ən yaxşı bitkilərdən bir də zəncəfildir. Antiinflamatuar tərkibi sayəsində zəncəfil tənəffüs yollarında yaranan daralmanın qarşısını alır, iltihabın aradan qaldırılmasına kömək olur. Eyni zamanda, əzələboşaldıcı xüsusiyyəti də var.

Hər gün 2-3 stəkan isti zəncəfil çayı için. Çayı hazırlamaq üçün 1 yemək qaşığı zəncəfil dilimini 1 stəkan qaynar suya əlavə edib ağzını bağlayın. 10 dəqiqə dəmləndikdən sonra süzüb isti-isti için.

Sarımsaq

Sarımsaq yalnız xırıltı üçün deyil, astma və öskürək müalicəsində də təsirlidir. Antioksidant təsiri olan sarımsaq sərbəst radikalları neytral hala gətirir, tənəffüs yollarındakı tıxanıqlığı azaldır, nəfəsi açır, astma hücumlarının qarşısını alır.

3-4 diş sarımsağı əzib 1 stəkan su və ya südlə qaynadın. Soyumasını gözlədikdən sonra gündə 2-3 dəfə için və ya gündə iki dəfə 1 diş sarımsaqla 1 çay qaşığı bal yeyin.

Okaliptus yağı

Tıxalı tənəffüs yollarını açan okaliptus yağı xırıltını yüngülləşdirir. Bir neçə damcı okaliptus yağını kağız dəsmala damcıladıb yatarkən başınızın yaxınlığında bir yerə qoysanız, daha asan nəfəs ala bilərsiniz. Bundan başqa, qaynar suya bir neçə damcı okaliptus yağı damcıladıb 10 dəqiqə buxarını içinizə çəkin. Okaliptus yağını sinənizə masaj etmək üçün də istifadə edə bilərsiniz.

Zərdəçal

Antioksidant və antiinflamatuar təsirə malik olan zəncəfil nəfəs yollarındakı tıxanıqlığı açmağa kömək edir, iltihabı azaldır. Bir stəkan suya isinəndən sonra ½ çay qaşığı zərdəçal tozu (sarıkök) əlavə edin. Qaynayandan sonra soyudun, gündə 1-2 dəfə için. Alternativ olaraq 1 çay qaşığı zərdəçal tozuyla 2 çay qaşığı balı qarışdırıb yeyin.

Hər hansı bir alternativ müalicə üsulunu sınaqdan keçirməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşin.



4428 dəfə oxunub.

Digər xəbərlər
28-06-2015, 11:02 İstanbulda faciə

bütün xəbərlər
____ Instagram ___