Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uçqun altında qalan körpə Elcan həkimlərin əlində - AZƏRBAYCANDA FİLM KİMİ XİLAS ƏMƏLİYYATI
Tarix: 23-02-2017 | Saat: 17:42
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Uçqun altında qalan körpə Elcan həkimlərin əlində - AZƏRBAYCANDA FİLM KİMİ XİLAS ƏMƏLİYYATI

Bu gün Lerik rayonunun Orand kəndində baş vermiş dəhşətli hadisə zamanı ağır xəsarət alan 1 yaşlı oğlan təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılır. Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev bildirib ki, artıq körpə kənddən götürülüb: "Hazırda rayon mərkəzinə qayıdırıq. İlkin vizual müayinə edərkən həyati təhlükəsinin olmadığını müəyyənləşdirdik. Bununla belə, dərin müayinələr aparılmalıdır. Uşaq bir neçə gün xəstəxanada qalmalıdır".

Baş həkim bildirib ki, hadisə vaxtı ailənin 4 üzvü ölsə də, 1 yaşlı Elcan beşikdə olduğundan və qalın bələndiyindən sağ qalıb.

Kəndə gedən yolun bəzi hissələrində qarın qalınlığının 2 metrə çatdığını deyən baş həkim hadisə vaxtı ev sahibinin və oğlunun tövlədə heyvanlara baxdığını və bu səbəbdən sağ qala bildiklərini əlavə edib: "Evin arxa hissəsi dağa söykənmiş vəziyyətdədir. Buradakı qalın qar kütləsi ağırlığını evin üzərinə salıb və uçqun baş verib".

Baş həkim bildirib ki, vəfat edən şəxslər bu gün dəfn ediləcək.

*****

15:25

Bu gün Lerik rayonunun Orand kəndində dəhşətli hadisənin baş verdiyi yerə tibb işçiləri və polisin gəlib çatması hələ də mümkün olmayıb. Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev açıqlamasında bildirib ki, hadisə ilə bağlı iki təcili tibbi yardım briqadası ayrılıb: "Mən özüm də yoldayam, kəndə çatmağımıza təxminən 1 kilometr qalıb. Yolu texnika təmizləyir və tezliklə kəndə çatacağıq".

Baş həkim bildirib ki, kənddəki tibb işçisi ilə daimi əlaqədədirlər: "Biz onlarla tez-tez əlaqə saxlayırıq, xəsarət almış uşağın vəziyyəti orta-ağırdır. Lazımi məsləhətlər vermişik və kəndə çatandan sonra uşağı özümüzlə xəstəxanaya gətirəcəyik".

Qeyd edək ki, bu gün səhər saatlarında Lerikin Orand kəndində baş vermiş qar uçqunu nəticəsində kənd sakini Əhliman Mustafayevin evi dağılıb və onun həyat yoldaşı, gəlini və 2 körpə nəvəsi vəfat edib. Ə.Mustafayevin 1 yaşlı nəvəsi Elcan isə xəsarət alıb.

*****

13:30

Bu gün Lerik rayonunun Orand kəndində baş vermiş dəhşətli hadisə zamanı ölən 4 nəfərin adları dəqiqləşib. Kənd sakini Əhliman Mustafayevin evinin üzərinə qar yığıntısının uçması nəticəsində onun həyat yoldaşı 1961-ci il təvəllüdlü Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini, 1995-ci il təvəllüdlü Mustafayeva İlahə Vüqar qızı, nəvəsi, 2015-ci il təvəllüdlü Mustafayeva Zəhra Qasım qızı və digər nəvəsi, 2016-cı ildə anadan olmuş Mustafayev Uğur Qasım oğlu vəfat edib.

Ev sahibinin 2016-ci ildə anadan olmuş digər nəvəsi Mustafayev Elcan Zöhrab oğlu isə ağır vəziyyətdə uçqun altından çıxarılıb. Onun yaşamaq şansının olduğu bildirilir.

Qeyd edək ki, polis və təcili yardım əməkdaşları qalın qar örtüyü səbəbindən hələ də hadisə yerinə çata bilməyib. Kənd sakinlərinin köməkliyi ilə meyitlər dağıntılar altından çıxarılıb.


*****

13:21

Bu gün Lerik rayonunun Orand kəndində baş vermiş dəhşətli hadisə yerinə polis və xilasedicilərin çatması hələlik mümkün olmayıb. Kənd sakinləri bildiriblər ki, yollar qalın qar örtüyü ilə örtüldüyündən hələ də hadisə yerinə rayon mərkəzindən gəlib çatmaq mümkün olmayıb. Kənd sakinləri ölən şəxslərin meyitinin dağıntılar altından çıxarılmasına çalışır.

Orand kəndində hazırda 1 metrə yaxın qar var.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi ölüb.

*****

13:02

Lerik rayonunda qar uçqunu baş verib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.

Qar yığınınn evin üzərinə düşməsi nəticəsində ev uçub. Bir ailənin dörd üzvü həlak olub.



3818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___