Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Astroloji proqnoz - 12 fevral
Tarix: 12-02-2017 | Saat: 03:13
Bölmə:Karusel / Gündəm / M2 / Qoroskop | çapa göndər

Astroloji proqnoz - 12 fevral

Qoç - ciddi problemlərin həll yollarını arayın. Təhlil sizə aradığınız variantları verə bilər. Bədxahlarla rəqiblərin tələ və sədlərini dəf etməklə yanaşı, onlara qalib gəlməyə çalışın.

Buğa - təhsil, tədris, ixisasın artırılması, mühazirə, konfrans və seminar üçün əlverişli gündür. Sövdələşmə, anlaşma, razılaşma, hüquqi məsələlərin həlli üçün yaxşı gün deyil.

Əkizlər - imkan və resurslarınızı olduğundan artıq saymayın. Bəyəndiyiniz, yaxud da sizdə rəğbət hissi oyadan insanları ideallaşdırmayın.

Xərçəng - yeni münasibət və ya tanışlığı təxirə salın. İllüziyalardan nə qədər tez qurtulsanız, bir o qədər yaxşıdır.

Şir - gün ərzində böyük uğurlar və yaxşılığa doğru ciddi dəyişikliklər olmayacaq. Bununla belə, ağır problemlər də yaranmayacaq. Yeni tanışlıqlar məsləhətli deyil.

Qız - maliyyə məsələlərində ehtiyatlı olun. Yalnız inandığınız, etibarlı insanlarla sövdələşin, danışın, müqavilə bağlayın.

Tərəzi - işlə bağlı tapşırıq və məşğələlərin öhdəsindən asanlıqla gəlin. Fəqət, tələsməyin: nə qədər çox iş görsəniz, bir o qədər yeni işlə bağlı tapşırıqlar alacaqsınız.

Əqrəb - yaxınlarınızla münasibətlərdə həssas və diqqətli olun, onların maraq və niyyətlərini öyrənməyə çalışın. Çoxdan bəri davam edən fikir ayrılıqları və qarşıdurmaları çözün. Münasibətləri sərinləşdirən məqamlar arxada qalsın.

Oxatan - işlər üçün çox sərfəli gündür. Məhsuldar çalışın, vaxtınızı dürüst bölün, situasiyanın tələb etdiyi məqamları prioritetə döndərin.

Oğlaq - uğuru çox gözləməyəcəksiniz. Sonradan sizə nəinki müttəfiq, hətta dost olacaq insanlarla əməkdaşlıq başlaya bilər.

Dolça - həmkarlar və rəhbərliklə ünsiyyət üçün əlverişlidir. Şəxsi münasibətlər zəminində problemlər yarana bilər. Sizə yaxın insanlarla dil tapmaqda çətinlik çəkəcəksiniz.

Balıqlar - yaxşı gündür. Neqativ təmayüllərin təsiri minimuma enəcək. Yalnız səhər saatlarında müəyyən çətinliklər hiss edə bilərsiniz.



8918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___