Görənlər ŞOKDA - Satışda QARA RƏNGLİ yumurta və toyuq əti - FOTOLAR
Tarix: 06-02-2017 | Saat: 16:32
Bölmə:Karusel / Hadisə / Dünya / Maraqlı | çapa göndər
Bu toyuqlar sahibini zəngin edir.
"Xəbəraz.az " xəbər verir ki, vətəni İndoneziya olan Ayam Cemani cinsinə aid toyuqlar melanin (bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal - red.) səbəbindən pipiyindən daxili orqanlarına qədər qara rəngdədir. Bu toyuqlar alıcıların da diqqət mərkəzindədir. Qiymətləri isə hər gün bir az da artır.
Genetik bir mutasiya səbəbindən bədənindəki tüklər, dərisinin rəngi, hətta yumurtası da qara rəngdə olsa da, ətinin və yumurtasının tərkibi adi toyuqlarla eynidir. Qanı isə adi toyuqlarınkı kimidir.
Toyuqlar o qədər məşhurlaşıb ki, artıq ABŞ-da yetişdirilməyə başlayıb. Fermasında bu toyuqları saxlayan amerikalı Paul Bradşav onun görüşünün təəccüblü olduğunu deyib.
"Günəş şüalarının altında onun qapqara tüklərinin arasında bənövşəyi və yaşıl rənglər də diqqəti çəkir. Bu toyuqların rənginin qapqara olmasının səbəbi onların adi toyuqdan 10 dəfə çox melanin istehsal etməsidir".
Alimlər toyuqlardakı bu dəyişikliyin onlarla qidalananlar üçün heç bir təhlükəsinin olmadığını deyirlər.
Toyuqları 2, xoruzları isə 2.5 - 3 kiloqram olan nadir cinsin bir vaxtlar ABŞ-da 2500 dollara satıldığı açıqlanıb.
Bu toyuqlarla bağlı XII əsrdə müxtəlif əfsanələr mövcuddur. Xüsusən də, zənginlər tərəfindən bəslənən qara rəngli toyuqlar sahibinə sərvət və güc gətirməsi inancı var. Toyuğun şans gətirdiyi kimi şərhlər verilir.publika
Xəbəri paylaş
1 1058 dəfə oxunub.
Digər xəbərlər

26-08-2015, 15:25
Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür
8-08-2017, 13:50
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami və Xətai rayonlarında manitorinq keçirəcək
12-02-2019, 14:25
Binəqədi sakinlərinə qənim kəsilən oğru ələ keçdi
22-07-2016, 16:19
Toya gedən azərbaycanlı “qanuni oğru”nu Kiyevdən qovdular
28-03-2017, 21:21
Torpaq sahəsi alarkən nəyə diqqət yetirməliyik? - VİDEO
13-05-2018, 21:41
“Eurovision-2019” Qüdsdə keçiriləcək
15-12-2020, 14:19
İzləri Qarabağ müharibəsində itən 2 generalın sirri - Sadıkovla Əkbərov haradadır?
19-04-2015, 01:25
Ehtirasın Ən Sehirli Nöqtələri-Oxuyanlar bilər
1-08-2016, 01:13
Bakıda qızıl oğurlayan qadın tutuldu