Bakıda klinikanın qadın həkimi - Piyadanı vurub öldürdü
Tarix: 28-01-2017 | Saat: 12:01
Bölmə:Karusel / Hadisə | çapa göndər
Dünən saat 21 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Xəbəraz.az "-ın SalamNews-a istinadən məlumatına görə, hadisə 8-ci km bazarı yaxınlığında qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada, Elşən Süleymanov küçəsi ev 55, mənzil 15-də qeydiyyatda olan, 1958-ci il təvəllüdlü Həşimov Mirfadə Seydəli oğlunu “Hyundai” markalı avtomaşın vurub.
Yaralı təcili tibbi yardım maşını ilə 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə aparılıb.
Faktla əlaqədar Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaq hərəkətləri zamanı hadisəni törədən sürücünün qadın olduğu məlum olub. İşi araşdıran müstəntiq Cəmşid Sadıqovun verdiyi məlumata görə, “Hyundai” markalı avtomobilin sürücüsü Səidə Əlixanova "Səhhət" klinikasında həkim-ginekoloq işləyir. Sürücünün izahatı alınıb və təyin olunacaq avtotexniki ekspertizadan sonra fakta hüquqi qiymət veriləcək.
Xəbəri paylaş
9778 dəfə oxunub.
Digər xəbərlər

15-04-2015, 21:26
Türkiyədə yaşayan azərbaycanlı model hamilədir - FOTO
9-05-2015, 13:49
Ana olmağa hazırlaşan ifaçı fotolarını sosial şəbəkədə paylaşıb.
7-10-2015, 13:30
Röyanın qardaşı “O səs Türkiyə”də oxudu - FOTO
12-03-2020, 16:37
Sumqayıt koronavirusa görə helikopterlərlə dezinfeksiya edilir?
18-03-2017, 10:12
Mehribanın sözlərinə prodüserdən cavab gəldi. - FOTO
20-10-2016, 21:37
Prezident "ASAN Viza" sistemi haqqında əsasnaməni təsdiq etdi
30-10-2016, 10:43
ABŞ-dan xəbərdarlıq: "Türkiyəni tərk edin..."
20-06-2015, 18:24
Gimnast Oleq Stepkoya gümüş medalı Mehriban Əliyeva təqdim edib
24-10-2019, 13:38
Bakıda dəhşətli qəza anı - Sürücü küçədə can verdi - VİDEO
27-07-2015, 19:47
Bu marketlər müştəriləri aldadır - SİYAHI