Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qışda bu çayları için - RESEPTLƏR
Tarix: 21-01-2017 | Saat: 13:43
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Qışda bu çayları için - RESEPTLƏR


Soyuq günlərdə içimiz isinsin deyə isti çay içməyə üstünlük veririk. Məhz bu niyyətlə qışda içinizi isidəcək çay reseptlərini təqdim edirik.

Alma çayı

1 ədəd alma
2-3 ədəd mixək
2-3 toxum qara istiot
1 ədəd darçın
Limon

Almanı qabıqları ilə qaynayan suyun içərisinə dilimləyin. Bir tülbəndin içərisinə mixək, qara istiot və darçını qoyub qaynayan suya atın. Almalar qaralmasın deyə suya limon sıxın. Yaxşı qaynayıb rəng aldıqdan sonra oddan götürün. Bir az ilıqlandıqdan sonra içərisinə limon və istəyə bağlı az miqdarda bal əlavə edə bilərsiniz. Şəkər qatmadan istədiyiniz qədər şəkərsiz şəkildə içə bilərsiniz.

Nanə çayı

3-4 ədəd nanə yarpağı
Dəmliyin yarısı qədər qaynar su
Arzuya görə şəkər tozu

Nanəni yuduqdan sonra əlinizlə qoxusu çıxana qədər yüngülcə ovun. Dəmliyinizə nanəni atın və qaynar suyu töküb qapağını bağlayın. 15 dəqiqə dəmlənməsini gözləyin.

İtburnu çayı

1 stəkan itburnu
4-5 stəkan su
1 kiçik çubuq darçın

Bir böyük fincan üçün 2 çay qaşığı üyüdülmüş itburnunun üzərinə isti su əlavə edilir və 15-20 dəqiqə dəmlənir. Balla dadlandırmaq da olar. Gündə bir fincan içməyin heç bir zərəri yoxdur. İtburnu bitki çayları arasında ən etibarlısıdır.

Çobanyastığı çayı

1 stəkan su
½ yemək qaşığı çobanyastığı

1 stəkan suyu qaynadın. Qaynadıqdan sonra odu söndürün, yarım yemək qaşığı çobanyastığını içinə atıb, dəmlənməsini gözləyin.

Portağal çayı

1 yemək qaşığı qurudulmuş portağal qabığı
4 stəkan isti su
1 çay qaşığı bal

Su, mixək və portağal qabığını orta odda 5 dəqiqə qaynadın. Oddan götürüb 3 dəqiqə saxlayın və süzün. Bal əlavə edib qarışdırın.

Razyana çayı

1 fincan su
1-2 çay qaşığı razyana
Əlavə dad üçün təzə portağal qabığı qoya bilərsiniz.

1 fincan qaynar suyun içinə 1-2 çay qaşığı razyana toxumu əlavə edin.

Yaşıl çay

Digər bitki çaylarında olduğu kimi yaşıl çayı da hazırlayarkən birbaşa qaynar suyun içinə atmayın. Qaynamış suyu ocaqdan götürün və 3-4 dəqiqə soyumasını gözlədikdən sonra 1 stəkan üçün 1 çay qaşığı dolu qurudulmuş yaşıl çay yarpağını atın. Yaşıl çay 2-3 dəqiqədə dəmlənir. Bu müddəti keçsəniz, çayın dadı acılaşacaq.

Zəncəfil çayı

1 kök zəncəfil
1 ədəd portağal
1 çay qaşığı bal
Limon

Zəncəfili rəndələyin, ya da halqa-halqa doğrayıb qaynayan suya əlavə edin. 10 dəqiqə qaynatdıqdan sonra oddan götürün. Portağalı sıxın və bu qarışıma əlavə edin. İstəsəniz, limon və ya bal da əlavə edə bilərsiniz.

Cökə çayı

1 qəhvə fincanı cökə bitkisi
1 fincan su

Suyu qaynatdıqdan sonra cökəni suyun içinə atın, daha sonra süzüb içməyə hazır hala gətirə bilərsiniz.


Xəbəri paylaş

7358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___