"Aclıqdan 2 övladımı itirmişəm" - Nadir Qafarzadə
Tarix: 20-12-2016 | Saat: 16:20
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV / Ekskluziv | çapa göndər
Müğənni Nadir Qafarzadə "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişində qonaq olub.
"Xəbəraz.az "-ın məlumatına görə, ifaçı şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
N.Qafarzadə bildirib ki, iki övladını itirib:
"Ailə qurmamışdan qabaq, qaynatam qızı vermək istəmirdi. O bilirdi ki, mən müğənniyəm. Atası deyirdi ki, kəndə qız vermərəm, gedib inək sağası deyil. Amma indi mənə baxıb fəxr edir. Çox kasıb idik, 7 il nişanlı qaldıq. Anam axırda ağladı ki, bir də o qızın qapısına getməyəcəm, get onu gətir. Qızgilə gəlib, barmağımdakı üzüyü çıxardıb stola qoyub dedim ki, biz belə xoşbəxt olmayacağıq. Anamın alçalmasını istəmirəm. Əgər sənin də məndə könlün varsa, tut əlimdən gedək. Dedi ki, mənim də gedəcəyim yerim yoxdur, sənin də. Hara gedəcəyik? Dedim bir yer taparıq. Razılaşdı və yüngül şeylər götürüb mənimlə qaçdı. Məktub da yazıb qoydu ki, mən könüllü gedirəm, polisə deməyin. 24 ildir yanımdadır.
Onunla çətin dövrlərdən keçdik. Aclıqdan, düzgün qidalanmamaqdan 2 övladımı itirdim. Bir qızım, bir oğlum ölüb. Qızım yaşasaydı 23 yaşı var idi. Nə vaxt qaynatam evə gələndə soyuducunu açıb baxmaq istəyəndə yoldaşım qoymurdu. Hər şeyimizin olduğunu deyirdi. Amma soyuducu bomboş idi. Qızım 10 gün yaşadı, oğlum 3 gün".
Xəbəri paylaş
7198 dəfə oxunub.
Digər xəbərlər

19-08-2021, 00:22
Azərbaycanda ana və qardaş 18 yaşlı qıza “dağ basdılar” – FOTO
23-11-2021, 08:45
Aralarında 45 yaş fərq olan "Məhəmməd-İris cütlüyü" - "intim həyatımız çox yaxşı gedir" - VİDEO
24-07-2021, 12:29
Koronavirus keçirənlərin üzləşdiyi daha bir fəsad
8-09-2017, 10:48
Bakıda dəhşətli TIXAC: İnsanlar küçədə qalıb - VİDEO
21-07-2023, 12:48
Drellə beynini deşərək elektrod yerləşdirdi - Əvvəl qoyunlarda yoxladı, sonra özündə... - FOTO
3-07-2017, 14:18
Yunuslar haqda məcburi gətirilmə qərarı verildi
22-05-2015, 17:31
Son illərin ən dəhşətli yanğınları – SİYAHI
25-03-2019, 16:50
"VAZ-2106" "Lada Priora" toqquşdu - 1 nəfər ölüb, 4 nəfər yaralıdı
4-04-2016, 15:00
Moskva atəşi dayandırmağa çağırdı
27-04-2016, 01:35
Saakaşvili prezidentdən kömək istədi