"Dedik ki, yəqin ev uçar" - Zəlzələ fəsadlarının görüntüləri yayıldı - VİDEO
Tarix: 13-12-2016 | Saat: 19:26
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Bu gün gecə saatlarında İsmayıllı rayonu ərazisində ard-arda iki dəfə zəlzələ qeydə alınıb.
"Xəbəraz.az "ARB TV-yə istinadən xəbər verir ki, yeraltı təkanlar rayonun Lahıc, Basqal, Təzəkənd, Namazgah, Əhən, Diyallı, Tircan, eləcə də İsmayıllının şimal-şərqindəki dağlıq ərazilərdə yerləşən başqa yaşayış məntəqələrində daha çox hiss olunub.
Zəlzələ baş verən zaman insanlar yatmış olsa da, yer silkələnməsi səbəbindən qorxaraq evlərini tərk edən, həkimə müraciət edənlər də olub. Bəzi evlərdə kiçik çatlar yaranıb. Torpaq sürüşməsinin aktiv olduğu kəndlərdə isə zəlzələnin fəsadları daha çox hiss olunub, sürüşmə zamanı bəzi tikililərdə yaranmış çatlar zəlzələnin təsirindən daha da böyüyüb. Təkcə Diyallı kəndində 7 mənzilə ziyan dəyib.
Sərvər Qinyətov - kənd sakini: "Evdə güclü sirkələnmə oldu. Uşaqları götürüb həyətə çıxdıq ki, yəqin ki, ev uçar".
İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, ev və yardımçı tikililərdə, hasarlarda xırda çatlar əmələ gəlsə də, dağıntı və tələfat qeydə alınmayıb. Zəlzələnin fəsadları ilə bağlı komissiya tərəfindən araşdırma aparılacaq.
Respublika seysmoloji xidmət mərkəzindən isə bildirilib ki, İsmayıllıda bu cür təkanların baş verməsi gözləniləndir: "Digər seysmogen zonalara nisbətən Şamaxı-İsmayılı aktiv zonadır. Ümumiyyətlə isə, Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir".
Xəbəri paylaş
7728 dəfə oxunub.
Digər xəbərlər

4-12-2017, 14:11
Fatih Terim “Qalatasaray”a qayıdır?
29-06-2021, 11:10
Toylarda rəqs edərkən maska taxmaq məcburi olacaq? - RƏSMİ CAVAB
13-05-2016, 21:00
Tağı Əhmədov bir dilim piroqa 70 manat verdi
30-08-2021, 12:14
Bu azərbaycanlılar öz ölümünü pulla alır... - İnfeksionist
9-09-2020, 01:42
Ermənilərin həyasız müzakirəsi: Goranboyu işğal edək!
24-02-2016, 09:59
Azərbaycan manatı bir az da bahalaşdı
2-05-2016, 13:14
Türkiyə Azərbaycanın dəstəyini gözləyir
22-01-2019, 02:04
Əməkdar artistin qalmağa evi yoxdur - VİDEO
12-09-2019, 13:25
Bakıda borclunu oğurlayıb işgəncə verən kriminal dəstə üzvü Yerevanda medal qazanıbmış - FOTOLAR
11-04-2016, 19:22
Qarabağ münaqişənin həlli üçün üç variant