Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyəni qana bulayan terrorçulardan biri hicablı qadın imiş - FOTO
Tarix: 13-12-2016 | Saat: 11:46
Bölmə:Karusel / Gündəm / Hadisə / Dünya | çapa göndər

Türkiyəni qana bulayan terrorçulardan biri hicablı qadın imiş -  FOTO



11:05

Dekabrın 10-da İstanbulda törədilən terror aktı ilə əlaqədar yen detallar aşkar edilib.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçuların hadisə baş verən əraziyə gəldiyi avtomobilin kimə məxsus olduğu müəyyən edilib.

Məlum olub ki, qara rəngli "Chevrolet Aveo" markalı avtomobil terror hadisəsindən 4 gün əvvəl terrorçulardan birinə satılıb.

Hadisəni törədən kamikadzelərdən birinin qadın olduğu ehtimal edilir.

Hadisəyə görə saxlanılan 13 nəfər şübhəli arasında maşının satışını həyata keçirən şəxs də var.

Araşdırma nəticəsində məlum olub ki, iki terrorçu bomba yerləşdirilən maşınla Türkiyə vaxtı ilə saat 22:27 radələrində hadisə yerinə gəlib. Terrorçuların hədəfi "Vodafon Arena"dakı oyundan sonra polislərin toplaşdığı iki məntəqə olub. "Canlı bomba" çevik polis qüvvələrinin olduğu yerə çatmadan hadisəni törədib.

Maşında və "canlı bomba"nın üzərindəki bomba həm uzaqdan, həm də özü partladılmaqla idarə edilirmiş.

Ehtimal edilir k, hadisə yerindən kənarda terrrorçu qruplaşmanın üzvləri olayın baş verəcəyi anı izləyiblər.

Qeyd edək ki, İstanbuldakı terror zamanı 44 nəfər həyatını itirib. Onlardan 37-si polis əməkdaşıdır.

----------

10:13

İstanbulun Beşiktaş ərazisindəki dəhşətli terroru törədənlərdən birinin hicablı qadın olduğu məlum olub.

"Xəbəraz.az "-ın məlumatına görə, baş verən teraktla bağlı yeni görüntülər əldə edilib. Görüntülərə görə, partlayışı biri qadın olmaqla iki terrorçu törədib. Qadın terrorçu diqqət çəkməmək üçün hicabdan istifadə edib.

Qeyd edək ki, "Vodafon arena" yaxınlığında baş verən partlayış nəticəsində 44 nəfər ölüb.



Türkiyəni qana bulayan terrorçulardan biri hicablı qadın imiş -  FOTO



5058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___