Azərbaycanda üz tanıma qurğusunu kim alıb? - DYP-dən AÇIQLAMA
Tarix: 23-11-2016 | Saat: 16:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Türkiyəli mühəndis Akif Ekin şübhəli şəxsləri hərəkətə keçmədən zərərləşdirən texnikanın Azərbaycana da satıldığı barədə açıqlama vermişdi.
"Xəbəraz.az "qafqazinfo-ya istinadən xəbər verir ki, polis maşınlarının lampalarına yerləşdirilən sistem hərəkətlərindən şübhələnilən və ya axtarılan şəxsi aşkar etdikdə həmin şəxsin şəhər daxilindəki bütün hərəkətləri izlənməyə başlanır, hətta onu zərərsizləşdirir. Sözügedən təhlükəsizlik aparatı üz tanıma, sürət müəyyənləşdirmək kimi xüsusiyyətlərə sahibdir.
Sayt bu məqamda üz tanıma kimi mühüm xüsusiyyətə malik olan bir sistemin Azərbaycan polisi tərəfindən necə istifadə edilməsi ilə maraqlanıb. Lakin məlum olub ki, Türkiyəli mühəndisin dediyinin əksinə olaraq, Azərbaycan bu kimi üz tanıma sistemini sözügedən ölkədən satın almayıb.
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qeyd edib ki, Ekin texnologiyasında sifət tanıma ilə bağlı sistem var: "Ancaq bizim yol patrul xidməti inspektorlarının istifadəsində olan avtomobillərdə belə sistem qurulmayıb. Üz tanıma sistemi ayrıca bir proqramdır. Ola bilər ki, o sistem başqa, yəni gömrük və ya sərhəd-keçid xidmətlərində istifadə olunur. Avtomobillərin tanınması, onların axtarışda olub-olmamasını isə hazırkı sistem müəyyən etmək gücündədir. Yol polisində isə üz tanıma ilə bağlı sistemə hazırda o qədər də zərurət yoxdur.
Bizdə, onsuz da, piyadanın iştirakı olmadan protokulun yazılması qanunvericilikdə nəzərdə tutulmayıb. Ancaq nəqliyyat vasitəsinin sürücüsünün iştirakı olmadan elektron protokol tərtib edilə bilər. Avtomobillərin nömrə tanınma sistemi də hazırda yol patrul xidməti avtomobillərində var. Əgər gələcəkdə piyadaların iştirakı olmadan elektron protokolların tərtib olunması ilə bağlı qanunda dəyişikliklər olarsa o zaman bu cür sistemlərin alınmasına ehtiyac yaranar".
Bəs Post Patrul Xidməti və Çevik Polis Alayının xidməti avtomobillərində belə sistem quraşdırılıbmı ?
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov qafqazinfo-ya açıqlamasında sözügedən xidməti avtomobillərə üz tanıma sisteminin quraşdırılmasından xəbərsiz olduğunu bildirib.
Yol məsələləri üzrə ekspert Ərşad Hüseynov da qeyd edib ki, onun bildiyinə əsasən, nə yol patrul xidməti (YPX) avtomobillərində, nə də ki post patrul xidməti (PPX) avtomobillərində üz tanıma sistemi yoxdur: "Ola bilər ki bu məsələdə hansısa konfidensiallığı nəzərə alırlar, ona görə də açıqlamaq istəmirlər. Bizdə bütün şəxslər haqqında Milli Avtomatlaşdırılmış Pasport Sistemi (MAPS) var. O sistemdə hamımızın şəkli var. Həmin foto ilə həyatda görünən görüntünü müəyyən dəqiqliklə eyniləşdirmək olur. Yüz faiz dəqiqləşdirilmə isə dünyanın heç bir yerində yoxdur. Çünki hər hansı şəxs görünüşcə dəyişə bilər.
Ümumiyyətlə isə, üz tanıma hüquq pozuntuları ilə mübarizə üzrə ən son texnologiyalardan biri sayılır. Konkret axtarışda olan adamları həmin texnikalar vasitəsilə tanımaq istəyirlər. Ölkənin ərazisində stasionar kameralar quraşdırılır. O kameralarda da axtarılan şəxs görüldükdə təxmini olaraq axtarılan şəxsin haradan keçməsi qeyd olunur".
Onu da qeyd edək ki, Youtube-də Azərbaycan yol polisinin bu texnologiyadan istifadə etməsi haqda "Ekin Patrol Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarında təhlükəsizliyini təmin edir" başlıqlı rolik də yerləşdirilib. Həmin roliki də təqdim edirik:
Xəbəri paylaş
8018 dəfə oxunub.
Digər xəbərlər

23-07-2023, 10:54
Soyuducunun qapısına süd və yumurta qoymaq olmaz - SƏBƏB
18-05-2021, 16:56
Azərbaycanda qayınana onu zorlayan kürəkəni ilə barışdı - ŞOK TƏFƏRRÜAT
25-01-2017, 13:18
AFFA rəsmiləri UEFA prezidenti ilə görüşə yollanıb
26-03-2015, 12:32
“Qriqoryan özü etiraf elədi ki,..”
31-08-2020, 17:30
Sentyabrın 1-də dolların manata qarşı məzənnəsi
14-04-2016, 12:59
Başçı və partiya sədri arasında ziddiyət yaranıb
2-01-2016, 14:35
Sabah Bakıda 5, rayonlarda 10 dərəcə şaxta olacaq
28-05-2016, 17:58
Gənc xanımlara vizajist məsləhəti - Kosmetika
29-10-2020, 11:30
Baş Narkotiklərlə Mübarizə İdarəsindən ƏMƏLİYYAT - FOTOLAR
24-03-2015, 23:36
Atasını və anasını doğradı, bişirib yedi - FOTOLAR