Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dərsə gedən bir uşaq, çıxdı boru üstə qoçaq - VİDEO
Tarix: 08-11-2016 | Saat: 10:37
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Dərsə gedən bir uşaq, çıxdı boru üstə qoçaq - VİDEO

Xaçmaz rayonunun Şıxhaput və Sərkərli kəndlərini birləşdirən körpünü sel aparıb.

"Xəbəraz.az " report-a istinadən bildirir ki, Ağçay çayının üzərində yerləşən və sel sularına məruz qalaraq dağılan körpünün yerində müvəqqəti olaraq metal borulardan körpü kimi istifadə olunur. Bu da kənd sakinləri üçün təhlükə mənbəyinə çevrilib.
Belə ki, rayon mərkəzindən 10 kilometr aralıda yerləşən Şıxhaput kəndində orta məktəb olmadığından şagirdlər qonşu Sərkərli kənd orta məktəbinə gedirlər.
Kand sakinlərinin sözlərinə görə, hər gün 70-dən artıq şagird və 10-a yaxın müəllim eyni zamanda kənd sakinləri çayı metal borunun üzərindən keçmək məcburiyyətində qalırlar.
Bu kəndlə yanaşı qonşu Qaraçay-Cəgli, Qaracig-Zeyid, Aşağı-Zeyid, Qədimalı və Alıc kəndləri də nəinki avtomobil körpüsünün, ümumiyyətlə körpünün olmamasından əziyyət çəkirlər.
"Report" hadisə yerinə ezam olunan müxbirinin hazırladığı videoreportajı təqdim edir.





Videonu izləmək üçün şəklə klikləyin:



4568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___