Problemli kreditlərlə bağlı qanun layihəsi hazırlanıb - RƏSMİ
Tarix: 04-11-2016 | Saat: 17:49
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb, bəzilərinin üzərində isə iş aparılır.
"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
O qeyd edib ki, layihələrdən biri problemli bankların idarə olunması, vaxtı keçmiş kreditlərin restrukturizasiyası ilə bağlıdır: "Bu qanun layihələri ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq".
Azadliq.org yazır ki, restrukturizasiya - iqtisadi səmərəni və bazar rəqabətinin yüksəldilməsi istiqamətində geniş dairəli tədbirlər sistemidir.
Yəni, müştəri bankdan kredit götürüb, aylıq ödənişi 300 manat təşkil edir. Hər hansı səbəb üzündən bu məbləği ödəmək iqtidarında deyil və banka müraciət edir ki, onun aylıq ödəməli olduğu məbləği azaltsınlar (ümumi məbləğ olduğu kimi qalmaq şərti ilə). Bank razılığa gəldiyi zaman müştərinin məbləğini ona münasib rəqəmlərə bölür.
Bir müddət öncə Azərbaycanda problemli kreditlərin 1 milyard 500 milyon manatı keçdiyi bildirilirdi. Beynəlxalq maliyyə qurumları bu məbləğin ilin sonuna kimi artacağını proqnozlaşdırırdılar.
2015-ci ildə baş verən iki devalvasiyadan sonra əhalinin dollarla götürdükləri kreditləri qaytarmasında problemlər yaşanıb.
Xəbəri paylaş
5848 dəfə oxunub.
Digər xəbərlər

14-03-2017, 11:42
I sinfə qəbul asanlaşdı - ƏSAS YENİLİKLƏR
13-05-2019, 21:52
Azərbaycanda daha bir nazir işdən çıxarıldı
21-04-2019, 20:50
Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı
30-05-2018, 09:26
Azərbaycanda qaynar su qazanına düşən uşaq dünyasını dəyişib
21-05-2022, 11:26
Avtomobilini qəsdən DYP maşınının üstünə sürüb qəza törətdi
25-01-2017, 16:53
"Bazarstore" qadını məhkəməyə verdi - 100 minlik təzminat - FOTO
31-07-2015, 10:40
Qızlar hipnoz altında elə rəqs etdilər ki... - VİDEO
16-07-2015, 14:30
Naxçıvanda əsgərimiz günvurmadan vəfat edib
17-07-2019, 15:44
Taksi xidməti niyə bahalaşır? - Turistlər günahkardır?
16-03-2015, 15:58
Kəmaləddin Heydərov qəbul keçirib