Həbs olunmaq üçün oğurluq etdi - Bakıda
Tarix: 19-10-2016 | Saat: 14:21
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.
Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 20 yaşlı gənc paytaxtətrafı kənd və qəsəbələrdə müxtəlif markalı avtomobillərdən akkumulyator oğurladığını etiraf edib.
Məlumata görə, hadisəni törədən Sabirabad rayon sakini 20 yaşlı Fərid Nəsirli Xəzər Rayon Polis İdarəsinə (RPİ) aparılıb. O istintaqa ifadəsində bildirib ki, son bir ay ərzində Xəzər rayonunun Talışlar məhəlləsi, Südçülük sovxozu, Mərdəkan qəsəbəsindən əsasən VAZ 2106 , VAZ 2107 markalı avtomobillərə məxsus 8 ədəd akkumulyator oğurlayıb. F.Nəsirli qarət zamanı yalnız dəmir parçasından istifadə edib. Əvvəllər iki dəfə məhkum olunan gənc istintaqa ifadəsində əvvəlki məhkumluq müddətində tam islah olunmadığını deyib. Buna görə də o, "tam islah olunmaq" üçün 5 və ya 6 il həbsdə qalmaq istədiyini söyləyib:
"Məhz buna görə də oğurluq əməllərini törətdim. Oğurluqlar etdim ki, azı beş il həbs cəzası alıb "içəridə" islah olunum", - Nəsirli istintaqa ifadəsində əlavə edib.
Qeyd edək ki, F.Nəsirlinin anası xərçəng xəsətəliyindən əziyyət çəkdiyi üçün Türkiyədə müalicə olunur. Atası isə Rusiya Federasiyasında yaşayır. F.Nəsirlinin ailəsi ondan oğurluq əməlləri törətdiyi üçün üz döndərib.
Xəbəri paylaş
6458 dəfə oxunub.
Digər xəbərlər

16-08-2017, 11:31
Bu ilin birinci yarısında Azərbaycanda 29 mindən çox insan ölüb
8-03-2017, 21:31
Murad Yıldırım və xanımı Pitbullun klipində - Video
5-07-2016, 22:37
Bengü sevgilisinin olduğunu inkar etdi: “Dostumdur”
7-12-2018, 17:18
İbtidai sinif müəllimləri imtahana çəkilir
11-12-2022, 11:36
Ən NAZLI BÜRCLƏR - Kimlər istədiklərini bu yolla çatırlar?
8-02-2016, 16:49
Azərbaycanda siqaretin ucuzlaşmasının səbəbi açıqlandı
28-12-2016, 22:07
Rusiya: "Əsəd hakimiyyətdən gedəcək"
31-08-2016, 10:31
"Coca-Cola" insan dişini bu hala saldı – VİDEO
5-05-2021, 21:51
Azərbaycanlı qadın həmcinsi ilə evləndi - FOTO
14-01-2022, 13:12
Tarif Şurasının iclası keçirildi - Bu qiymətlər dəyişdirildi