Dünyanın danışdığı xəyanət qalmaqalı - Təfərrüat
Tarix: 23-09-2016 | Saat: 16:55
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
Hollivudun məşhur cütlüyü Ancelina Coli ilə Bred Pitin boşanma qərarı hər kəsi təəccübləndirib.
"Xəbəraz.az " xəbər verir ki, 12 il birlikdə olan cütlüyün boşanmasına xəyanətin səbəb olduğu deyilir. Colinin Pitdən məşhur fransız aktrisası Marion Kotillarda görə ayrılması iddia edilir.
Ancelinanın Pitt və Kotillardı izləmək üçün detektiv tutduğu da iddialar arasındadır. Coli ötən gün məhkəməyə müraciət edərək, övladlarının qəyyumluğunu tələb edib. Pitt isə açıqlamasında “Çox üzgünəm. Ancaq ən önəmlisi uşaqlarımızın yaxşı olmasıdır”, - deyib.
Digər bir iddiaya görə, Coli Pitdən ailədaxili davranışlarına və spirtli içkiyə görə boşanır.
Kotillardın hamilə olması və övladının atasının kimliyinin bəlli olmamasına dair şayiələr sosial mediada ən çox danışılan mövzudur. Gəzən şayiələrə görə, cütlüyün ayrılmasına səbəb Kotillardın bətnindəki körpənin atasının Pitt olmasıdır.
Uzun müddət mövzu haqda danışmaqdan yayınan fransız aktrisası Kotillard məsələyə münasibət bildirib:
“Mən bu kimi şeyləri ciddiyə alan, onlara münasibət bildirən biri deyiləm, amma bu situasiya getdikcə məni sevən insanlara təsir edir və artıq danışmaq məcburiyyətindəyəm. Birincisi, illər əvvəl mən həyatımın kişisi, oğlumun və gözlədiyim körpəmin atası ilə tanış olmuşam. O, mənim sevgilim, ən yaxşı dostum, ehtiyacım olan tək insandır.
İkincisi, mənim pərişan olduğumu söyləyənlərə demək istəyirəm ki, çox yaxşıyam! Bütün medianın və düşmənlərin acığına tezliklə hər şeyin qaydasına düşməsini arzulayıram.
Sonda çox arzu edirəm ki, Ancelina və Bred bu fırtınalı zamanda sülh əldə etsin. Hər ikisinə dərin hörmətim var. Sevgilərlə Marion”.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitin boşanması ilə bağlı yayılan xəbərlərdən sonra cütlüyün heykəllərini də ayırıblar. Məşhur Balimum Heykəl Muzeyində olan yanaşı heykəllərin ayrılması muzeyin rəsmi Tvitter hesabında da təsdiqlənib.
Xəbəri paylaş
7228 dəfə oxunub.
Digər xəbərlər

11-03-2016, 11:42
Cavanşir Quliyev Aygünü müdafiə etdi: "Onlar cəzalandırılmalıdır"
19-06-2016, 18:32
İran prezidenti Xameneinin yerinə gətirilir
14-07-2016, 00:43
Çoban axtarılır: 4 min maaş və üstəlik…
9-05-2018, 20:00
15 yaşlı qıza təcavüz edildi - Sumqayıtda şok hadisə
13-11-2015, 17:09
Erməni kəşfiyyatı hücuma keçdi, itkilər verdi
4-02-2017, 00:55
Xırdalanda yaşayış evində yanğın olub, ölən var
20-05-2016, 22:03
ABŞ Rusiyanın təklifini rədd etdi
28-10-2016, 17:18
3 milyon dollarlıq büstqalter: onu kim geyinəcək? - FOTOLAR
15-08-2015, 23:55
21 yaşlı gənc toyda damarlarını doğradı- Azərbaycanda
23-11-2015, 20:58
CENİFFER LOPEZ JELENA KARLEUSANI TƏKRARLADI? (FOTO)