Qurban kəsmək istəyirsiz? - Elə isə oxuyun
Tarix: 02-09-2016 | Saat: 16:05
Bölmə:Karusel / Gündəm / Maraqlı | çapa göndər
Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Qurban bayramı münasibətilə bir sıra tövsiyələr verib. İdarədən daxil olan məlumatda bildirilir ki, qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.
Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz-inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.
Bundаn əlаvə, beş-altı adamın cəmləşib bir iribüynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Qeyd edirik ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin üç hissəyə bölünməlidir.
Bir qayda olaraq, qurban kəsərkən heyvanı uzu qibləyə uzatmalı, qoyundursa, qıçının birini аzаd sахlаmаq, iribuynuzlu heyvаndırsа, dörd аyаğını dа möhкəm bаğlаmаq lаzımdır. Heyvаnın bоğаzınа bıçаq qоyulаrкən, yахşı оlаr кi, Qurbаn duаsı охunsun və ya heç оlmаzsа, “Bismillаhi və billаhi vəllаhu əкbər” deyərəк кəsilsin.
Qeyd edək ki, Аzərbаycаndа bu il Qurban Bayramı 12 sentyabr tarixinə təsadüf edir. Bayram namazı Azərbaycan məscidlərində həmin gün qılınacaq.
Tövsiyə edərdik ki, bu müqəddəs bayramda kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz. Həmcinin, qurbanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil.
Xəbəri paylaş
1 2298 dəfə oxunub.
Digər xəbərlər

2-05-2017, 13:47
"WhatsApp" istifadəçilərinə xoş xəbər - FOTO
25-03-2020, 09:15
Salyanda ev yandı
26-07-2016, 19:10
Oqtay Şirəliyev də Şirvanda - Yaralılara baş çəkib
31-12-2016, 12:12
Azərbaycanlı model "O səs Türkiyə"də - video
10-10-2022, 09:58
Kəlbəcərdəki mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU
11-07-2019, 13:29
Bakı-Sumqayıt və Bakı-Sabunçu qatarlarında cədvəl dəyişir
25-06-2015, 20:45
Rusiyanın bu şəhəri su altında qaldı (VİDEO, FOTO)
14-01-2019, 17:40
Piyadanı vurdu, xəstəxanaya aparmaq adı ilə yol kənarında düşürtdü
26-08-2017, 11:09
Güllələnən “vorzakon” Rəşadın - Fotosu yayıldı