Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dərmanlar dənə ilə satılır, içlik verilmir - Nə edək?
Tarix: 28-08-2016 | Saat: 18:20
Bölmə:Karusel / Səhiyyə / Xəbəraz TV | çapa göndər

Dərmanlar dənə ilə satılır, içlik verilmir - Nə edək?

Aptekdən dərman alarkən qutunu açdırıb içindən istənilən sayda dərmanı almaq mümkündür. Amma həmin dərmanın içlik vərəqəsini dənə ilə yox, qutu ilə alana verirlər. Belə hal da kifayət qədər təhlükəlidir. Axı dənə ilə dərman alan şəxs onun mümkün fəsadları haqqında heç bir məlumat əldə edə bilmir.

Əczaçıların sözlərinə görə, belə hallar tez-tez olur. İmkan daxilində və ya həkimin yazdığı sayda dərman alan şəxslərə qutudan dərman verildikdə ona içlik vərəqəsini oxunması təklif olunur. Oxuya bilməyənə isə şifahi məlumat verilir.

Sağlamlıq üzrə ekspert Anar Xəlilovun sözlərinə görə, bu cür vəziyyət dünya təcrübəsində yoxdur. Yalnız Azərbaycanda dərmanlar qutudan çıxarılıb dənə ilə satılır. Bu da kifayət qədər təhlükəlidir. Ekspert bu məsələdə aptekçilərin üzərinə böyük məsuliyyət düşdüyünü deyir.

"Xəbəraz.az " xezerxeber-in mövzu ilə bağlı hazırladığı materialı təqdim edir:



Xəbəri paylaş

7978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___